Rusiyanın mənzil bazarında ucuzlaşma davam edir
İqtisadiyyat
19 İyul 2017 16:46

Rusiyanın mənzil bazarında ucuzlaşma davam edir


Bakı. 19 iyul. REPORT.AZ/ Rusiyada təkrar mənzil bazarında qiymətlər 2017-ci ilin ilk yarısının sonunda ötən ilin analoji dövrü ilə müqayisədə 2,8% azalaraq 61 min rubl/kv.metrdən (1 034 ABŞ dolları) 59 min rubl/kv.metrə (1000 dollar) enib. "Report" "İzvestiya" qəzetinə istinadən xəbər verir ki, bu məlumat "Domofond.ru" araşdırma saytı tərəfindən verilib.
Moskva şəhərində mənzillərin qiyməti (kv.m) illik müqayisədə 5,2% azalaraq iyulun 1-nə 210 min rubldan (3 560 dollar) 199 min rubla (3 373 dollar) düşüb. Yeni tikili panel evləri dövr ərzində 14%, köhnə panel evlər isə 17% ucuzlaşıb.
Rusiya Tikinti Nazirliyi ölkənin inşaat sektorunun canlanmağa başladığını bildirib. Nazirlikdən verilən məlumata görə, ipoteka kreditləri üzrə faiz dərəcəsinin subsidiyalaşması proqramı ilkin mənzil bazarını daha cəlbedici edəcək: "2017-ci ilin əvvəlindən ipoteka faizlərinin azalmağa başlaması vətəndaşlar üçün mənzil alışını asanlaşdıracaq".

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

İrəvanda partlayış oldu

İrəvanda partlayış oldu

20 Yanvar 2018 01:12
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08