"4-cü övladıma ad da seçmişəm" - Kriştianu Ronaldu - FOTO
Maraqlı
19 İyul 2017 16:54

"4-cü övladıma ad da seçmişəm" - Kriştianu Ronaldu - FOTO


"Bəli, dördüncü övladım dünyaya gələcək. Corcina hamilədir. Buna çox sevinirəm".

Portuqaliya yığmasının və Madridin "Real" klubunun forvardı, 32 yaşlı Kriştianu Ronaldu sevgilisi Corcina Rodrigesin hamilə olduğunu təsdiqləyib.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, iyunun 8-də Ronaldunun əkiz övladları dünyaya gəlib. Mateo və Yevanı surroqat ana doğub.

Konfederasiyalar Kubokunun 1/2 finalında Çili ilə qarşılaşmadan sonra Ronaldu 3-cü yer uğrunda Portuqaliya-Meksika matçına qatılmamış, övladlarını görmək üçün İspaniyaya dönmüşdü.

2010-cu ildə K.Ronaldunun Kriştianu adlı oğlu doğulub. Kiçik Kriştianunu da surroqat ana dünyaya gətirmişdi.

"Dördüncü övladıma ad da seçmişəm", - hazırda İspaniyanın Formentera kurortunda ailəvi istirahətdə olan Kriştianu Ronaldu İnstagram-dakı profilində yazıb.

K.Ronaldu Formenterada sevgilisi C.Rodriges, anası Mariya Dolores, bacıları Elma və Katya, oğlu Kriştianu, böyük qardaşı Hüqo və qardaşı oğlu Rodriqo ilə birlikdədir.

Onun sevgilisi, 23 yaşlı Corcina Rodriges olayla bağlı heç bir şərh verməyib.

Milli.Az








loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 fevral

Astroloji proqnoz - 20 fevral

20 Fevral 2018 00:03
Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Neft bahalaşdı

Neft bahalaşdı

15 Fevral 2018 09:18
Astroloji proqnoz - 17 fevral

Astroloji proqnoz - 17 fevral

17 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08