"Bu hesab işimizi asanlaşdırdı" - Dino Ndlovu
İdman
19 İyul 2017 16:54

"Bu hesab işimizi asanlaşdırdı" - Dino Ndlovu


"Belə mötəbər turnirin təsnifat mərhələsində iştirak edə bildiyim üçün çox sevinirəm".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın hücumçusu Dino Ndlovu deyib.

Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində evdə 5:0 hesabı ilə məğlub etdiyi "Samtredia"ya səfərdə də qalib gəlib - 1:0. İlk görüşdə dubl edən Ndlovu Cənubi Afrika Respublikasının bu turnirdəki yeganə nümayəndəsidir.
 
27 yaşlı forvard ölkəsinin mətbuatına açıqlamasında III mərhələyə adlamağın sevincini bölüşüb: "Çempionlar Liqası çox çətin turnirdi. Çünki burda qrup mərhələsinə gedən yolda yalnız öz ölkəsinin çempionu olan komandalarla qarşılaşmalı olursan. Adətən ilk oyunda 5:0 hesablı qələbə sənin növbəti mərhələ üçün işini asanlaşdırır. Bizdə də belə oldu. Bu gün növbəti mərhələdəki rəqibimizin adı bəlli olacaq. Bundan sonra gələn həftə qarşılaşacağımız komanda barədə düşünmək olar. Avrokuboklarda qazandığım təcrübəyə görə çox sevincliyəm".
 
Qeyd edək ki, "Qarabağ"ın III təsnifat mərhələsindəki rəqibi "Kukesi" - "Şerif" cütünün qalibi olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13