Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına kursantların qəbulu üçün müsabiqə elan olunub
Ölkə
19 İyul 2017 16:56

Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına kursantların qəbulu üçün müsabiqə elan olunub


Bakı. 19 iyul. REPORT.AZ/ Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində bağlanan müqaviləyə əsasən, 2017/2018-ci tədris ilində Gülhanə Tədris və Araşdırmalar Xəstəxanasının Gülhanə Hərbi Tibb Fakültəsinə kursantların qəbulu üçün müsabiqə elan olunub. 
Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, müsabiqədə bu il IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600‑dən yuxarı bal toplayan, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər.
Müsabiqə əsasında 30 (otuz) nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Müdafiə Nazirliyinə təqdim olunacaq. Seçim zamanı uğur qazanan 10 nəfər namizədin Gülhanə Hərbi Tibb Akademiyasına təhsil almağa göndərilməsi planlaşdırılır.
Qeyd edək ki, Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsində təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddətində dövlət təminatında olurlar. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Müsabiqədə iştirak etmək istəyənlər iyulun 28-dək Dövlət İmtahan Mərkəzinə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m) müraciət etməlidirlər.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13