AMEA-da yaranmış mənzil problemi ilə əlaqədar yaxın günlərdə qərar veriləcək
Ölkə
19 İyul 2017 17:11

AMEA-da yaranmış mənzil problemi ilə əlaqədar yaxın günlərdə qərar veriləcək


Bakı. 19 iyul. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində mənzil məsələsi ilə bağlı narazı olan bir qrup vətəndaşla görüş keçirilib. 
AMEA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müraciət edən vətəndaşların sualları cavablandırılıb, qaranlıq məqamlara aydınlıq gətirilib.
Görüşdə AMEA-nın yataqxanasında yaşayan elmi işçilərin Akademiya ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, inşa olunmuş binaya köçürülməsi məqsədi ilə yaradılmış komissiyanın ləğv edilməsi və ya tərkibində qismən dəyişiklik edilməsinə dair təklif irəli sürülüb. Bununla əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi yaxın günlərdə qərar verəcək.
Bundan əlavə, AMEA elmi işçilərin, xüsusilə gənc alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış evlərinin inşası üçün respublikanın aidiyyatı rəhbər orqanları ilə danışıqları davam etdirir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08