Türkiyənin hərbi məktəblərinə qəbul elan edildi
Digər
19 İyul 2017 17:17

Türkiyənin hərbi məktəblərinə qəbul elan edildi


 

Daxili İşlər Nazirliyinin xətti ilə Türkiyə Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə kursantların qəbulu üçün müsabiqə elan olunub.

 

Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, müsabiqədə 2017-ci ildə ali təhsil müəssisələrinin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış, 20 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 6 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına təqdim olunacaq. Seçim zamanı uğur qazanmış 2 (iki) nəfər namizəd Türkiyə Respublikasının Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə təhsil almağa göndəriləcək.

 

Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm və Sahil Təhlükəsizlik Akademiyasına da 2017/2018-ci tədris ili üçün kursant qəbulu elan olunur.

Müsabiqədə Dövlət İmtahan Mərkəzi ( DİM ) tərəfindən I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 250 və daha yüksək bal toplamış 17-20 yaş arasında olan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) iştirak edə bilərlər. 

 

Qəbul imtahanlarında 250 və daha yüksək bal toplamış 9 (doqquz) nəfər namizəd Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında tibbi müayinələrə və  fiziki hazırlıq üzrə yoxlamalara cəlb olunur. Müvafiq yoxlamalardan keçmiş namizədlər Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı Hərbi Attaşeliyi tərəfindən keçiriləcək müsahibədə iştirak edirlər.

Fiziki hazırlıq üzrə yoxlamaların və müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstəricilər əldə etmiş 3 (üç) nəfər namizəd Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm və Sahil Təhlükəsizlik Akademiyasına təhsil almağa göndəriləcəklər.

Müdafiə Nazirliyinin xətti ilə Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə kursantların qəbulu üçün müsabiqə elan olunub

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, 2017/2018-ci tədris ilində Gülhanə Tədris və araşdırmalar Xəstəxanasının  Gülhanə Hərbi Tibb Fakültəsinə kursantların qəbulu üçün müsabiqə elan olunur. Müsabiqədə 2017-ci ildə IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 30 (otuz) nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə  təqdim olunacaq. Seçim zamanı uğur qazanmış 10 nəfər namizədin Gülhanə Hərbi Tibb Akademiyasına təhsil almağa göndərilməsi planlaşdırılır.

Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsində təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddətində dövlət təminatında olurlar. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08