Tramp hövsələdən çıxdı: “Media ikiüzlülüyünü ortaya qoyur”
Dünya
19 İyul 2017 17:23

Tramp hövsələdən çıxdı: “Media ikiüzlülüyünü ortaya qoyur”


Amerika mediası Almaniyadakı G20 zirvəsində Rusiya lideri Putinlə ABŞ lideri Trampın gizli görüşdüyü xəbərini yayıb.

Publika.az xəbər verir ki, media ilə onsuz da arası yaxşı olmayan Tramp bu xəbərə hədsiz hiddətlənib.

Tramp məsələ ilə bağlı Tvitter hesabından açıqlama verərək “G20 zirvəsində Putinlə gizli görüşməyim xəbərləri xəstəlik kimi yayılıb” deyib.

O bildirib ki, toplantıya qatılan bütün liderlər və həyat yoldaşları alman hökumətinin qonaqları idi və media da bunu çox yaxşı bilir:

“Media saxta xəbər yaymaqla öz ikiüzlülüyünü ortaya qoyur”.

Qeyd edək ki, Rusiya və ABŞ liderləri Hamburqdakı zirvədə ilk dəfə üz-üzə gəlmişdi. Amerika mediasına Ağ Evdən açıqlama verən və adının açıqlanmasını istəməyən bir şəxs isə Tramp və Putinin rəsmi görüşdən sonra daha bir axşam yeməyinə getdiyi iddiasını irəli sürmüşdü.

Zümrüd

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13