“APA Holding”in 6 əməkdaşı mənzillə təmin olundu
Digər
19 İyul 2017 17:37

“APA Holding”in 6 əməkdaşı mənzillə təmin olundu


Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün tikilmiş ikinci binada mənzillə təmin olunmuş jurnalistlər arasında “APA Holding”in altı əməkdaşı var. 

 

APA-nın məlumatına görə, APA İnformasiya Agentliyinin baş direktoru Nurşən Quliyev, APA-nın redaktoru Gülşən Hacıyeva, agentliyin müxbiri Hafiz Heydərov, "Apasport"un baş direktoru İxtiyar Əsgərov, lent.az saytının redaktoru Kəmalə Quliyeva və vesti.az saytının redaktoru Fərid Teymurxanlı da mənzillə təmin olunub.

 

"APA-Holding"in rəhbəri Vüsalə Mahirqızı jurnalistlərin dövlət tərəfindən təmənnasız olaraq evlə təmin olunmasını yüksək qiymətləndirib: "Şirkətimizin altı əməkdaşı və hazırda bizimlə əməkdaşlıq edən daha bir neçə tanınmış imza sahibi də evlə təmin olunub. Məlumatlardan aydın olur ki, evlərin verilməsində ədalətlilik prinsipinə əməl olunub, illərlə kirayədə yaşayan və mediada gerçəkdən xidməti olan xeyli həmkarımz ev sahibi olublar. İllərini kirayələrdə keçirmiş, həmçinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı, eyni zamanda haqqı olan həmkarlarımızın yurd-yuva sahibi olması böyük savab, haqqın və əməyin qiymətləndirilməsidi. Buna görə prezident İlham Əliyevə təşəkkür edirəm".

 

Qeyd edək ki, jurnalistlər üçün inşa olunmuş birinci binadan da "APA-Holding"in 5 əməkdaşı mənzillə təmin olunmuşdu. 


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13