"Anji"nin erməni baş məşqçisinə qadınlarla işləməsi məsləhət görüldü
İdman
19 İyul 2017 17:54

"Anji"nin erməni baş məşqçisinə qadınlarla işləməsi məsləhət görüldü


Dostum, get, yaxşısı budur arvadlara məşq keç

Rusiyanın "Spartak" klubunun sabiq futbolçusu Valeri Reynqold "Anji"nin baş məşqçisi Aleksandr Qriqoryana peşəsini dəyişməyi məsləhət görüb. 

Milli.Az Report-a istinadən xəbər verir ki, 75 yaşlı ekspert "Sport den za dyom"a açıqlamasında erməni mütəxəssisin son müsahibəsindən şoka düşdüyünü bildirib.

O deyib: "Qriqoryanın müsahibəsini dinlədikdə ona demək istəyirəm: "Dostum, get, yaxşısı budur arvadlara məşq keç. "Anji" onun xidmətindən nə qədər tez imtina etsə, Premyer Liqada bir o qədər tez möhkəmlənəcək. Hər insan məşqçi ola bilməz. O da ola bu cür təkəbbürlü oğlan!"
50 yaşlı mütəxəssis "Anji"yə yanvardan rəhbərlik edir. Onun komandası mövsümü 12-ci pillədə başa vurub. Cari mövsümün ilk turunda isə dağıstanlılar "MOİK"-ə 1:3 hesabı ilə uduzublar. Baş məşqçi ötən mövsüm müsahibələrindən birində "top-klub" ifadəsinin mənasını bilmədiyini söyləyib.
Qeyd edək ki, Aleksandr Qriqoryan "Anji"yədək iki qadın komandasının - Tolyatti "Lada"sı və Perm "Zvezda-2005"inin baş məşqçisi olub. Hazərda Mahaçqala komandasında əslən azərbaycanlı futbolçu Ayaz Quliyev də çıxış edir. O, Moskva "Spartak"ından icarəyə götürülüb.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13