Bakıda Azərbaycan-Avropa İttifaqı iqtisadi əlaqələri müzakirə edilib
İqtisadiyyat
19 İyul 2017 17:56

Bakıda Azərbaycan-Avropa İttifaqı iqtisadi əlaqələri müzakirə edilib


Bakı. 19 iyul. REPORT.AZ/ Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri, iqtisadiyyat naziri Şahin Mustafayev Avropa İttifaqının ölkədəki səfiri xanım Malena Mardla görüşüb. 
Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Nazir Ş.Mustafayev Azərbaycan-Aİ əməkdaşlığının inkişaf etdiyini vurğulayıb, səlahiyyət müddəti başa çatan səfir M.Mardın Azərbaycanda fəaliyyətini qeyd edib: “Hazırda Azərbaycan-Aİ arasında Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqlar aparılır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Cənub Qaz Dəhlizi (SGC) layihəsi enerji sahəsində əməkdaşlığımızın gözəl nümunələrindəndir. Avropa İnvestisiya Bankı (EIB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu layihənin icrasına dəstək göstərir”.
Ş.Mustafayev Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verərək, Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafında, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsində fəal iştirak etdiyini qeyd edib.
Görüşdə Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olduğu qeyd edilib və ticarət sahəsində GSP və GSP+ təşəbbüsləri üzrə əməkdaşlıq, kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsi məsələləri müzakirə edilib.
Azərbaycanda şərab məhsullarının beynəlxalq tələblərə uyğun müayinə metodlarının beynəlxalq akkreditasiya sahəsinə daxil edildiyini qeyd edən nazir bunun şərab məhsullarının, xarici ölkələrə, o cümlədən Aİ ölkələrinə ixracının genişləndirilməsində əhəmiyyətini diqqətə çatdırıb: “Səfir Malena Mardın fəaliyyəti dövründə Azərbaycan və Avropa İttifaqı arasında dialoq platformasının bütün istiqamətləri üzrə iclaslar keçirilib, kənd yerləri, təhsil və regional inkişaf üzrə maliyyələşdrimə sazişləri imzalanıb”.
Görüşdə Aİ və üzv ölkələrlə müxtəlif tədbirlərin keçiridiyi, Bakıda keçirilən Azərbaycan-Aİ biznes forumlarının iş adamları arasındakı əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Ş.Mustafayev regional əməkdaşlığa ciddi təhdid və maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini bir daha diqqətə çatdırıb.
Səfir M.Mard Aİ-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb, Aİ-Azərbaycan iqtisadi əməkdaşlığının inkişafı üçün böyük potensialın olduğunu qeyd edib, enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrin genişləndirilməsinin önəmini diqqətə çatdırıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 avqust

Astroloji proqnoz - 15 avqust

15 Avqust 2017 00:13
Adriana Limadan şok etiraf

Adriana Limadan şok etiraf

10 Avqust 2017 15:02
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13