Məhluqə Sadıqovanın 100 illik yubileyi keçiriləcək
Ölkə
19 İyul 2017 18:14

Məhluqə Sadıqovanın 100 illik yubileyi keçiriləcək


Prezident İlham Əliyev Məhluqə Sadıqovanın 100 illik yubileyinin keçirilməsi haqqında  sərəncam imzlalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

2017-ci ildə Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti Məhluqə Ələsgər qızı Sadıqovanın anadan olmasının 100 illiyi tamam olur. 

Məhluqə xanım Sadıqova yarım əsrdən artıq dövr ərzində milli teatrın səhnəsində, eləcə də kinofilmlərdə çox sayda unudulmaz xarakterik obrazlar yaratmış və onların hər birinin özünəməxsus daxili aləmini bütün zənginliyi ilə dolğun şəkildə canlandırmışdır. Sənətkarın bədii qiraət ustası kimi uzun illər aparıcısı olduğu, geniş dinləyici auditoriyasına malik xalq yaradıcılığı "Bulaq" verilişi Azərbaycan radiosunun qızıl fondunu təşkil edən qiymətli nümunələrdəndir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və milli mədəniyyətin inkişafında xidmətlərini nəzərə alaraq görkəmli sənətkar Məhluqə Sadıqovanın 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Məhluqə Sadıqovanın 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 avqust

Astroloji proqnoz - 16 avqust

16 Avqust 2017 00:13
Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Adriana Limadan şok etiraf

Adriana Limadan şok etiraf

10 Avqust 2017 15:02
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13