"Qəbələ" əks-hücumlarda təhlükəlidir" - "Yagelloniya"nın futbolçusu
İdman
19 İyul 2017 18:44

"Qəbələ" əks-hücumlarda təhlükəlidir" - "Yagelloniya"nın futbolçusu


"Azərbaycanda qazandığımız nəticə çox yaxşıdır. Ancaq hələ cavab oyunu var. Doğma meydanda göstərməliyik ki, əla komandayıq. Düşünürəm ki, qələbə qazanaraq növbəti mərhələyə yüksələcəyik".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Yagelloniya"nın futbolçusu Lukaş Burliqa deyib.

Polşa klubunun rəsmi saytına açıqlama verən 29 yaşlı müdafiəçi "Qəbələ"nin güclü tərəflərindən danışıb:

"Düşünmürəm ki, rəqib Bakıdakı matçın ikinci hissəsindəki kimi açıq futbol oyanayacaq. Bununla belə, ehtiyatlı olmalıyıq ki, qol buraxmayaq. İlk oyunda rəqibin əks-hücumlarda təhlükəli olduğunu gördük. Onlar bir neçə epizodda qola yaxın oldular. "Qəbələ"nin texnikalı və çox sürətli futbolçuları var. Buna görə də sona qədər diqqətli olmalıyıq".

Polşalı futbolçu "Panatinaikos"la oynamaq arzusunda olduqlarını qeyd edib: "Qəbələ" səddini keçərək "Panatinaikos"la qarşılaşmaq istəyirik. Bu, bizim arzumuzdur. "Panatinaikos"la görüşlər bizə daha çox təcrübə qazandırar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 24 yanvar

Astroloji proqnoz - 24 yanvar

24 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08