Azərbaycan-İran Anlaşma Memorandumu təsdiqləndi
Ölkə
19 İyul 2017 18:48

Azərbaycan-İran Anlaşma Memorandumu təsdiqləndi


Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “İran İslam Respublikasının Dəmir Yolları” arasında dəmir yollarının inkişafına dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Publika.az-ın məlumatına görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “İran İslam Respublikasının Dəmir Yolları” arasında dəmir yollarının inkişafına dair 2017-ci il martın 5-də Tehran şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Xarici İşlər Nazirliyiisə sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran hökumətinə bildiriş göndərnəlidir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13