Paytaxtda ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb
Ölkə
19 İyul 2017 19:13

Paytaxtda ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb


Bakının Nizami rayonu ərazisində tikinti işlərinin aparılması zamanı müxtəlif cinsli (şam, sərv və qarağac) 9 ədəd ağacın məhv edilməsi, 20 ədəd ağaca isə zədələr yetirilməsi nəticəsində təbiətə 7920 manat məbləğində ziyan vurulması, eləcə də aparılan tikinti işləri ilə əlaqədar yaşıllıq sahəsinin kəsilməsinə dair hüquq verən rəsmi sənədlər təqdim edilməməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Publika.az-a Baş Prokurorluğun verilən məlumata görə, ilkin araşdırmalarla Meşə Məcəlləsinin və meşə qanunvericiliyi üzrə normativ aktların tələblərinin kobud surətdə pozularaq kəsməyə hüquq verən əsaslar olmadan külli miqdarda ziyan vurmaqla ağacların qanunsuz kəsilməsi hallarına yol verilməsi müəyyən edilib.

Həmin faktlarla bağlı Azərbaycan Baş prokuroru tərəfindən bu gün Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13