Bakı-Qazax yolunda yağla dolu maşın aşıb:
Ölkə
19 İyul 2017 19:22

Bakı-Qazax yolunda yağla dolu maşın aşıb:


Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax yolunun 104-cü kilometrliyində, Hacıqabul rayonunun Pursaat qəsəbəsi ərazisində qeydə alınıb.

Kərimov Mehman Faiq oğlunu idarə etdiyi “Mersedes Ateko” markalı yük maşını hərəkətə olarkən təkərləri partlayıb və nəticədə sürücü idarəetməni itirərək avtomobili aşırıb.

Avtomobilində yük hissəsində olan tonlarla günəbaxan yağı magistral yola dağılıb. Yola dağılmış yağ bir müddət yolda avtomobillərin hərəkətində çətinlik yaradıb.

Avtomobildə olan sərnişin, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Eyvazov Elvin Elxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 

yerləşdirilib.

Hadisə yerinə FHN-in canlı qüvvəsi və texnikaları cəlb olunub, yola dağılmış yağ yuyularaq avtomobillərin hərəkəti bərpa olunub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır. (Mənbə: APA)

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08