"Jagiellonia" futbolçusu: ""Qəbələ" hücuma çox aludə olacaq"
İdman
19 İyul 2017 19:34

"Jagiellonia" futbolçusu: ""Qəbələ" hücuma çox aludə olacaq"


UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında "Qəbələ" heç-heçə edən "Yagiellonia" iyulun 20-də cavab oyununa çıxacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klubun rəsmi saytına müsahibə verən Polşa təmsilçisinin müdafiəçisi Lukaş Burliqa komandasının şanslarını dəyərləndirib.

"Azərbaycandakı matçdan sərfəli nəticə ilə döndük. Ancaq bu duelin hələ ikinci hissəsi var. Öz meydanımızda sübut etməliyik ki, biz daha güclü komandayıq. Ümid edirəm ki, növbəti mərhələyə gözəl qələbə ilə adlayacağıq. Rəqib mütləq qol vurmalıdı. Buna görə daha çox hücuma aludə olacaq. Ancaq düşünmürəm ki, Bakıdakı matçın ikinci hissəsindəki kimi açıq futbol oynayacaqlar. Onlar öz meydanlarında qələbə qazanmaq istəyirdilər. İndi isə oyun sıfırdan başlayacaq. Əlbəttə ki, onlar bu görüşə çox ciddi hazırlaşıblar. Bununla belə, qələbə ilə mərhələ adlamaq daha gözəl olar.

Çox ehtiyatlı olmalıyıq. Xüsusən də, qol buraxmamağa çalışmalıyıq. Bundan sonra ilk matçda olduğu kimi, əks-hücumlarda qol şansları yaxalayacağıq. Həmçinin unutmayaq ki, "Qəbələ" də Bakıda belə vəziyyətlərdə bizi bir neçə dəfə cəzalandıra bilərdi. Rəqibin ön xəttində sürətli və texnikalı futbolçular var. Onlara qarşı nəzarəti əldən vermək olmaz.

"Panathinaikos"la qarşılaşmaq bizim kiçik xəyalımızdı. Bu klub böyük markadı. Onlara qarşı Afinada futbol oynamaq bizim üçün böyük təcrübə olar. Burda zərurət yoxdu. Önümüzə baxmalıyıq. Xəyalımızı gerçəkləşdirmək üçün sabah bütün gücümüzü ortaya qoyacağıq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08