Azərbaycan torpaqlarında növbəti erməni OYUNU, məxfi GÖRÜŞ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Digər
19 İyul 2017 20:03

Azərbaycan torpaqlarında növbəti erməni OYUNU, məxfi GÖRÜŞ... – GÜNÜN SİYASİ XÜLASƏSİ


Bu gün Bakıda Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü görüşü başlanıb. ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşünü hazırlayırlar. Dağlıq Qarabağdakı qondarma rejimin “parlament”i Bako Saakyanı yenidən 3 il müddətinə “prezident” seçib. Rusiya və Çinin hərbi dəniz donanmaları Baltik dənizində ilk dəfə birgə hərbi təlim keçirəcək.

Bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlunun iştirakı ilə Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü görüşü başlanıb. Görüş iki gün davam edəcək.

Azərbaycan-Türkmənistan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəfli görüş 26 may 2014-cü ildə Bakıda keçirilib. Bunun ardınca həmin ilin 5 iyun tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdulla Gül və Türkmənistan prezidenti Qurbanqulu Berdimuhamedov arasında ikitərəfli və üçtərəfli formatda görüşlər keçirilib.

29 yanvar 2015-ci ildə Aşqabadda adıçəkilən formatda keçirilən ikinci görüşün yekunlarına əsasən 2015-2017-ci illər üçün Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli əməkdaşlığının Çərçivə Proqramı qəbul olunub.

28 avqust 2015-ci ildə Türkiyənin Antalya şəhərində hər üç ölkənin xarici işlər nazirlərinin üçüncü görüşü keçirilib. Görüşün yekunlarına dair Antalya Bəyanatı qəbul olunub. Bunun ardınca 9 oktyabr 2015-ci ildə Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan arasında Xəzər tranzit keçidləri üzrə birgə Texniki Komitənin birinci iclası keçirilib.

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin IV üçtərəfli görüşündə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə edilib.

Nazirlər Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə etdi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İlham Əliyev Çavuşoğlu ilə görüşdü - FOTO (YENİLƏNDİ)

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşünü hazırlayırlar. Bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün Moskva-Vyana videokörpüsündə bildirib.

"Həmsədrlər bundan sonra da öz səylərini intensivləşdirəcəklər, iki ölkənin xarici işlər nazirlərinin Nyu-Yorkda görüşünə hazırlaşırlar. Yüksək səviyyədə yeni görüşün hazırlığı baxımından tərəflərlə işin səviyyəsinin artırılması üçün addımlar atılacaq", - deyə o qeyd edib.

Rusiya ilin sonuna qədər Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Serj Sarkisyan arasında görüşün təşkil edilməsində əsas təşkilatçı olacaq. Bu barədə Rusyanın "İzvestiya" qəzeti Rusiya XİN-dəki mənbəyə istinadən xəbər yayıb.

Ermənistanda hakim rejimin Moskvadan asılı olduğu, Serj Sarkisyanın Kreml tərəfindən idarə edildiyi haqda fikirlər yenidən gündəmə gəlib. Ermənistan prezidenti Serj Sarkisyanın erməni mediasına verdiyi müsahibəsində Rusiya ilə əməkdaşlıq haqda dedikləri bu məsələni daha da qızışdırıb.

S.Sarkisyan Rusiya ilə əməkdaşlığın azaldılması fikirlərinin təhlükəli olduğunu bildirib.

“Rusiya ilə əməkdaşlığın azaldılması haqda deyilən sözlər ekstremal dərəcədə təhlükəlidir. Rusiya ilə əməkdaşlığı daraldıb kiminlə yaxınlaşmaq istəyirsiniz – Türkiyə və ya NATO ilə?! NATO qucağını açıb bizi gözləyir?!”, - deyə erməni prezident qeyd edib.

Erməni ekspert Naira Ayrumyan iddia edir ki, bu müsahibədən sonra Kremldən Sarkisyana zəng edilib.

İrəvanla Moskva arasında BÖYÜK GƏRGİNLİK: Putin Ermənistana ordu yeridir - FOTOLAR

Dağlıq Qarabağdakı qondarma rejimin “parlament”i Bako Saakyanı yenidən 3 il müddətinə “prezident” seçib. Gizli “səsvermə”nin nəticəsinə görə, Saakyana “parlament”in 33 “deputat”ından 28-i səs verib. Onun rəqibi – “Hərəkat-88” Partiyasının lideri Eduard Aqabekyan 4 səs toplayıb.

Rusiya Federasiya Şurası Ermənistanla birgə qoşunun yaradılması barədə razılaşmanı ratifikasiya edib. Sözügedən anlaşma 2016-cı il noyabrın 30-da Moskvada imzalanıb. Qeyd edək ki, birləşmiş qoşunların əsas vəzifəsi KTMT-nin Qafqaz regionunda stabilliyi təmin etməkdir. Bundan öncə Rusiya Dövlət Duması Ermənistanla birgə qoşunların yaradılması barədə razılaşmanı ratifikasiya edib.

Türkiyə hökumətinin yeni tərkibi açıqlanıb. Bunu bu gün Türkiyənin baş naziri Binəli Yıldırım prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.

Türkiyə hökumətinin yeni tərkibi AÇIQLANDI

“Rusiya və ABŞ prezidentlərinin Hamburqda G20 sammiti çərçivəsində şam yeməyindən sonra keçirdiyi “qısa danışığı” dəyərli görüş adlandırmaq olmaz”. Bu haqda Ağ Evin nümayəndəsi jurnalistlərə bildirib.

“Tramp və Putin arasında heç bir “ikinci görüş” olmayıb, yalnız naharın sonunda edilən qısa danışıq idi. Ağ Evin ikinci görüş faktını gizlətməyə çalışması barədə deyilənlər yanlışdır və tamamilə cəfəngiyatdır”, - Amerika prezident administrasiyasının nümayəndəsi deyib.

ABŞ və Rusiya liderlərinin “məxfi görüşü” ətrafında qalmaqal “Eurasia Group” beynəlxalq konsultinq şirkətinin rəhbəri Yan Bremmerin müsahibəsindən sonra qopub.

Putin və Tramp məxfi görüşdə nə danışdılar? – Ağ Evdən AÇIQLAMA

“Türkiyə əgər ərəb dünyasına gizli-gizli girərək müdaxilə etməyə çalışırsa, bu dövr keçdi”. Bunu haqda Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdulla əl-Muallim deyib.

“Türk qardaşlarımız ərəb dünyasında gizli, yaxud da müəyyən ölçüdə arzuolunmaz hərbi müdaxilə dövrünün çoxdan bitdiyini anlamalıdır. Əgər Türkiyə qurucu rol oynamaq istəyirsə, bunu ancaq xoş qarşılayarıq. Ancaq bu rolu hərbi bazalar və hərbi müdaxilə ilə oynamaq istəsələr, bu, yaxşı olmayacaq”, - deyə o bildirib.

Diplomat Türkiyənin bu cür addımlarının ərəb dünyasındakı nüfuzuna zərər verəcəyini vurğulayıb.

Daha əvvəl Abdulla əl-Muallim ərəb ölkələrinin 13 tələbin əvəzinə 6 ümumi prinsip formalaşdırdığını deyib.

Səudiyyə Ərəbistanından Türkiyəyə TƏHDİD

Rusiya və Çinin hərbi dəniz donanmaları Baltik dənizində ilk dəfə birgə hərbi təlim keçirəcək. Çinin hərbi gəmilərinin bu həftənin cümə günü Rusiyanın Kalininqrad yaxınlığındakı “Baltijsk” bazasına çatacağı gözlənilir.

Bu proses NATO-da diqqətlə izlənilir. Şimal Alyansının sözçüsü Piers Cazalet Çinin hərbi gəmilərini diqqətlə izlədiklərini, üç gəminin Baltik dənizinə doğru yaxınlaşdığını açıqlayıb.

Çinin təlimə göndərdiyi gəmilər arasında 052D tipli ən müasir hərbi gəmi də var.

İsveç Müdafiə Nazirliyinin Araşdırma İnstitutunun mütəxəssisi Federik Vesterlund hesab edir ki, Rusiya və Çinin Baltik dənizində hərbi təlim keçirmək istəyi ən başda İngiltərə, Fransa və ABŞ-a mesajdır.

“Çinin Baltik dənizində hərbi təsirə malik olması üçün heç bir səbəb yoxdur. Bu baxımdan, təlim daha çox siyasi mesaj xarakteri daşıyır”, - deyə o bildirib.

Ömər Dağlı

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08