Masallıda yol polisini vurub qaçan sürücü tutuldu
Digər
19 İyul 2017 20:12

Masallıda yol polisini vurub qaçan sürücü tutuldu


Masallıda yol polisini avtomobillə vurub hadisə yerindən qaçan şəxs saxlanılıb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Masallı polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Masallının Köhnə Alvadı kənd sakini Racik Məmmədov saxlanılıb.

 

O, ötən gecə idarə etdiyi “VAZ-21099” markalı avtomobillə Binə Xocavar kəndi ərazisində sərxoş sürücülərə qarşı reyd zamanı həmin ərazidə xidmətdə olan Masallı RPŞ DYPB Yol Patrul Xidmətinin əməkdaşı, baş serjant Qoşqar Eynalovu vuraraq hadisə yerindən qaçmışdı.

 

Masallı rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Q.Eynalovun vəziyyətinin artıq qənayətbəxş olduğu bildirilir.  Qeyd edək ki, R.Məmmədov əvvəllər məhkum həyatı yaşayıb.

 

Faktla bağlı Masallı RPŞ tərəfindən araşdırma aparılır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13