255 jurnalistə mənzil verildi - dünyaya Azərbaycan nümunəsi
Ölkə
19 İyul 2017 20:44

255 jurnalistə mənzil verildi - dünyaya Azərbaycan nümunəsi


"Əziz dostlar, bugünkü sevincimi sizinlə bölüşmək istəyirəm. Azərbaycan Milli Mətbuatının 142-ci ildönümünə təmtəraqla hazırlaşdığımız ərəfədə cənab Prezident İlham Əliyevin göstərişi ilə biz jurnalistlərə hədiyyə olaraq inşa edilmiş növbəti binada mənzil almağımla bağlı xəbər mənim üçün ikiqat bayramdır. Azərbaycan mediasına göstərilən bü dövlət qayğısı, kiçik əməyimə verilən böyük qiymət Cənab Prezidentin ilk növbədə mətbuata və biz jurnalistlərə verdiyi yüksək dəyərin göstəricisidir. Müasir mətbuatımız cox çətin və ləyaqətli yol qət etdi, bu gün xəyallarımız həqiqət, arzularımız isə əlçatandır. Cənab Prezident, bu, bir zamanlar hamımızın arzuladığı və hər birimizin xəyallarında canlandırdığı Azərbaycan həqiqətidir!"

Bu sözlər Azərbaycanın tanınmış qələm sahibi və ziyalılarından biri, "AzerNews"un baş redaktoru Sevil Mikayılovaya məxsusdur.

Əməkdar jurnalist xanım media mənsubları üçün tikilən ikinci yaşayış binasından mənzil alan jurnalistlərdən biridir.

Bu gün mənzil alan, rahat yaşam məkanı ilə təmin olunan 255 jurnalistdən biri.

..."Çox sağ olun, cənab prezident!

Bu mənim tək dilimə gələn yox, bütün qəlbimlə söylədiyim təşəkkürdür. Bütün həyatım boyu olduğu kimi çox səmimi duyğumdur.

Təşəkkürümü nəsib olarsa şəxsinizə də bildirmək ən böyük arzularımdandır. İndi daha artıq inandım, "ədalət var və mütləqdir" deyib də seçdiyim həyat tərzi zor oğduğu qədər, doğru seçim imiş. Bu yolda mənə mənəvi dəstək olan dostlar, nə yaxşı ki, qazancımsınız. İnsan ona dəyər verildiyini görəndə daha qüdrətli olur. Daha böyük işlər görməyi arzulayır, sınmır. Hər sınaqdan qalib çıxacağına əmin olur və çıxır da. Cənab prezident, bu mükafat mənə təkcə problem həlli deyil, həm də dövlətimə gərək olduğumun isbatıdır. Yazacağım yazılarda ədalətli, vicdanlı olmağa çağırışdır. Allah məni utandırmasın! Bir daha təşəkkürlər, Ali baş komandan, cənab İlham Əliyev. O cümlədən Prezident Adminstrasiyasına, AR Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, PA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdiri cənab Əli Həsənova və digər dəyərli insanlara minnətdaram!.."

Bunu isə digər jurnalist Jalə Mütəllimova yazıb.

O da mənzil alıb.

Və o da 255 jurnalistdən biridir.

2013-cü ildə olduğu kimi, bu dəfə də kütləvi informasiya vasitələrinin nümayəndələrinə mənzillərin verilməsi, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər zamanı subyektiv yanaşmaya, xüsusilə də qeyri-qanuni əməllərə yol verilməməsi üçün çox ciddi tədbirlər görüldü.

Meyarlara tam uyğun gəlməyən şəxslər, əsasən jurnalistikaya aidiyyəti olmayan müxtəlif peşə sahibləri siyahıdan çıxarıldıqdan sonra qalmış 1000-ə yaxın şəxsin namizədliyi müzakirə edilib və  ilkin olaraq 255  iddiaçının adı müəyyənləşmişdi.

Komissiya dövlət başçısının jurnalistlərə hədiyyəsi olan mənzillərin bölgüsündə hər hansı subyektivliyə yol verilməməsi üçün əvvəlcədən bəyan edilmiş şərtlərə ciddi riayət olunmasına qərar vermişdi. Bunun nəticəsi olaraq üzərində həbs olan, rəhbərlik etdiyi və ya çalışdığı KİV-in adı Mətbuat Şurasının "qara siyahı"sında keçən, Baş Prokurorluq tərəfindən xəbərdarlıq almış KİV əməkdaşlarının müraciətləri nəzərə alınmadı. Eyni zamanda regionlarda işləyən, sənədlərində ciddi çatışmazlıqlar olan və digər səbəblərə görə şərtlərə uyğun gəlməyən şəxslər müzakirədən kənarlaşdırıldı.

Sonucda 255 nəfərlik siyahı ərsəyə gətirildi.

Siyahıda medianın inkişafında danılmaz əməyi olan qocaman jurnalistlərin, müasir jurnalistikanın tanınmış qələm sahiblərinin, jurnalist ailələrinin, vəfat etmiş KİV nümayəndələrinin ailələrinin adları var.

Gərgin iş nəticəsində bütün namizədlər hərtərəfli araşdırılıb və ən layiqli şəxslər seçilərək siyahıya daxil edilib.

Bu, ədalətdir, haqqdır, dürüst seçimdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 255 jurnalistə ev verildi.

Bu gün 255 ailə bəxtəvərdir, 255 ailədə sevinci, şadyanalıq var və bu ailələrin başçıları, mənsubları təbrikləri qəbul edirlər.

Bu gün çox jurnalist kirayənişinlik dərdindən qurtulduğunun sevincini dərk edərək kövrələcək, yeni mənzilində yaşamını planlayacaq.

O mənzillər neçə ailənin səadətinə şahid olacaq.

Mənzillər rahat, geniş, işıqlıdır.

Nuru, ziyası ilə ətrafa işıq salanlar illərdən bəri çəkdikləri evsizlik problemindən, mənzil-məişət qayğılarının azalmaq bilməməsinin ağrısından birdəfəlik xilas olduğunu anlayacaq.

Anlayacaq və bir dəhə sevinəcək.

Jurnalist ilk əvvəl vətəndaşdır. Və hər bir vətəndaş üçün Vətənin, Prezidentinin onun əməyini, işini, cəfasını dəyərləndirməsindən gözəl hissi, qürur yox, ola da bilməz.

Dövlət başçısının sayəsində jurnalistlər zəhmətlərinin bəhrəsini görüblər, görürlər və görəcəklər.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılması barədə bu gün dövlət başçısı sərəncam imzaladı.

Prezident İlham Əliyev bu gün imzaladığı digər sərəncamla isə Azərbaycanın kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı ilkin olaraq 5 milyon manat ayırdı.

Jurnalistlər üçün üçüncü bina da 255 mənzilli olacaq.

Daha 255 jurnalist mənzillə təmin olunacaq.

İndiyədək mənzillə təmin olunmuş jurnalistlər arasında dəyərli, ləyaqətli, tanınmış, peşəkar qələm sahiblərinin sayı çoxdur, lap çox və bu, dövlətin KİV-ə göstərdiyi münasibətin önəmini daha da artırır.

Azərbaycanda dövlətin KİV-ə qayğısına dəlalət edən belə prosedur, jurnalistlərin mənzillərlə təmin olunması, qəzetlərə və agentliklərə dövlət büdcəsindən yardımlar edilməsi, qələm əhlinin problemlərindən dövlətin qayğılanması heç bir ölkədə yoxdur.

Bu, Azərbaycan presedentidir və postsovet ölkələri ilə yanaşı, medianın var olduğu istənilən dövlət üçün örnəkdir.

Məmləkətdə isə hər bir vətəndaş üçün Prezidentinin onu qiymətləndirməsindən gözəl yaşantı və qürur ola bilməz. Jurnalistlərimiz dövlət başçısının sayəsində zəhmətlərinin müstəsna bəhrəsini görürlər.

Media təmsilçilərimizə bu misilsiz hissi yaşatdığınıza görə minnətdarıq.

Təşəkkürlər, cənab Prezident!

Elçin Alıoğlu

Milli.Az












loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08