Dünya tarixində böyük iz buraxmış CIRTDAN İNSANLAR - FOTO
Maraqlı
19 İyul 2017 21:34

Dünya tarixində böyük iz buraxmış CIRTDAN İNSANLAR - FOTO


İnsanların böyük əməlləri, onların boyu və çəkisi ilə ölçülmür.

Milli.Az dünya tarixində iz qoymuş "dahi" cırtdanlar haqda yazını təqdim edir:

Andreas Vezali

XVI əsrdə yaşamış məşhur flamand təbibi Vezali anatomiya elminə böyük töhfələr verib. O, tibbi təhsilini Paris və Padu şəhərlərində alıb. Həmin dövrdə cərrahiyə və anatomiya tibbin ən önəmsiz sahələri sayılırdı. Lakin Vezali bunun əksinə inanırdı. Kilsə insan orqanizminə təzyiq göstərməyi qadağan etmişdi. Odur ki, Vezali edam edilmiş canilərin cəsədləri üzərinə gizli şəraitdə əməliyyatlar edir, təcrübələr aparırdı. Bundan əlavə, o, öz məqsədinə çatmaq üçün it və pişiklərdən də, istifadə edirdi.

Vezali özündən əvvəlki dahilərin insan orqanızminin quruluşundan bəhs edən traktatlarına düzəliş edirdi. Məsələn, Aristotelin kişilərdə 32, qadınlarda 38 diş olduğunu inkar edən anatom-alim, onun bir sıra yanlış nəzərliyyələrini də təkmilləşdirmişdi.

Bu gün Vezali anatomiya elminin banisi sayılır. Onun tibbi nəzəriyyələri müasir anatomiya elminin əlifbası hesab olunur.

Cırtdan Hadson

İngiltərədə qəssab Cefferi Hadsonun ailəsində cırtdan oğlan böyüyürdü. 7 yaşlı uşağın boyu cəmi 37 sm idi. Hersoq Birminheym İlnhiltərənin kral ailəsinin şərəfinə öz mailkanəsində ziyafət verir və balaca Hadsonu piroqun içində qonaqlarına hədiyyə edir. Qısa zaman ərzində cırtdan Hadson bütün kral ailəsinin, xüsusən də, kraliça Henriyettanın sevgisini və etibarını qazanır. Kraliça, hətta onu həkim gətirmək üçün Fransaya göndərirdi.

Hadsonu tarixdə məşhurlaşdıran isə onun gülməli duelləri olub. Birici duel onun yeməyini götürüb qaçan hinduşka ilə baş tutmuşdu. Özündən 10 kq ağır çəkili quşla duelə çıxan Hadson bu dueldən qalib kimi ayrılmışdı.

İkinci duel isə onu cırtan olduğu üçün tez-tez təhqir edən Krofts adlı isveçrəli ilə baş tutmuşdu. Krofts duelə tapança əvəzinə imalə aləti ilə gələrək, Hadsonu daha çox təhqir etmək istəmişdi. Bundan daha çox qəzəblənən Hadson rəqibinə bir neçə dəfə atəş açaraq, onu qətlə yetirmişdi.

Bu hadisədən sonra Hadson kral sarayından uzaqlaşdırılmışdı.

Bəxtsiz cırtdanın başına gələnlər, bununla da bitmir. Hadsonu evinə geri aparan gəmi dəniz quldurları tərəfindən istila edilir və o ömrünün bir neçə ilini əsirlikdə keçirdir.

Sədaqətli Hadson əsirlikdən azad olunan kimi Fransada sürgündə olan sevimli kraliçasını tapır və onun yanına gəlir. 1650-ci ildə İngiltərəyə geri dönən Hadson burada da, dünyasını dəyişir.

Çarlz Proteus Şteynmets

"Skenektadili cadugər" ləqəbi ilə tanınan Çarlz Proteus Şteynmets, istedadlı mühəndis və elektrik olub. Universitetdə oxuduğu müddətdə müəllimləri və yaşıdları ona vunderkind deyirdilər. Lakin təhsil aldığı dövrdə sosialist hərəkatına qoşulmaqda günahlandırılaraq, universitetdən xaric olunur. Siyası sığınacaq kimi ABŞ-ı seçən dahi cırtdana boyuna görə rədd cavabı gəlir. Alim dostları ABŞ hakimiyyətini onun dərin zəkasına inandırıb, ölkəyə qəbul etməyi tövsiyə edirlər. Şteynmetsin "Histerezis qanunu" və elektrik naqillərinin təkamülünə həsr edilmiş elmi nəzəriyyələri, bu sahənin inkişafına geniş təkan verib. (publika.az)

Milli.Az




loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13