Azərbaycanda istehsal olunan ÜDM-in həcmi açıqlandı
Ölkə
19 İyul 2017 21:44

Azərbaycanda istehsal olunan ÜDM-in həcmi açıqlandı


2017-ci ilin birinci yarısında ölkədə 31 310,6 milyon manat və ya əhalinin hər nəfərinə 3224,6 manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 faiz artıb, neft-qaz bölməsində isə 6,6 faiz azalıb.

Ümumi daxili məhsulun 13 195,2 milyon manatı sənayedə, 3 414,6 milyon manatı ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 2536,8 milyon manatı tikintidə, 2249,6 milyon manatı nəqliyyat və anbar təsərrüfatı, 1559,9 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 846,6 milyon manatı turistlərin yerləşdirilməsi və ictimai iaşə, 548,4 milyon manatı informasiya və rabitə sahələrində, 4711,7 milyon manatı digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər 2247,8 milyon manat təşkil edib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 avqust

Astroloji proqnoz - 16 avqust

16 Avqust 2017 00:13
Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Adriana Limadan şok etiraf

Adriana Limadan şok etiraf

10 Avqust 2017 15:02
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13