Çox gülən qadınlar tez kökəlir
Sağlamlıq
19 İyul 2017 21:54

Çox gülən qadınlar tez kökəlir


Qadınlar gülərkən bundan sonra daha diqqətli olmalıdırlar. Milli.Az lent.az-a istinadən bildirir ki, Amerikalı alimlər müəyyənləşdiriblər ki, ürəkdən gülmək iştahanı artırır. Komediyalara və yumor olan verilişlərə baxmaq qızlarda daimi aclıq hissi yaradır. Bu səbəbdən arıqlamaq və gözəl bədən quruluşunu saxlamaq üçün pəhriz saxlayan qadınlara mütəxəssislər komediya seriallarına baxmamağı məsləhət görür.

Həmçinin kimsə onların yanında lətifə danışanda dərhal həmin yeri tərk etməlidirlər. Trillerlər və qorxulu filmlərə baxmaq isə qadınların iştahasını tamamilə küsdürür. Kaliforniyadakı nevroloji mərkəzin ekspertləri tərəfindən aparılan araşdırmada 14 qadın iştirak edib. Onlar DVD-də müxtəlif emosiyalı kinolentlərə baxıblar. İlk olaraq xanımlara sevimli komediyalarını nümayiş etdiriblər. Daha sonra isə "Sıravi Rayanın xilas edilməsi" filmindən qanlı fraqmentlər göstərilib. Bu filmlərə baxmazdan əvvəl və sonra isə təcrübəyə qatılanların qan nümunələri götürülüb. Məlum olub ki, gülüş nəticəsində orqanizmdə leptinin səviyyəsi 15 faiz aşağı düşür. Bu maddə isə iştahanı öldürür. Bunun əksinə olaraq, aclıq hormonu kimi bilinən qrelinin miqdarı isə 9 faiz artır. Qanlı və qorxulu filmlərin nümayişindən sonra isə xanımlardan heç biri yemək istəmir. Bu fakt bir daha sübut edir ki, kök insanlar yumşaqürəkli və şən olurlar. Arıq xanımlarda isə qəddarlıq hissləri güclüdür.

O da məlumdur ki, xanımlar şən gecələr zamanı qidaları nəzarət edilməyəcəyi səviyyədə qəbul edirlər və qəbul olunmuş qidalanma formasından kənara çıxırlar. Bunun əsas səbəbi isə şənlikdir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08