Kredit götürmək istəyən şəxsin banka getməsinə ehiyac olmayacaq - YENİLİK - VİDEO
Ölkə
19 İyul 2017 22:14

Kredit götürmək istəyən şəxsin banka getməsinə ehiyac olmayacaq - YENİLİK - VİDEO


Artıq kredit götürmək istəyən şəxsin banka getməsinə ehiyac olmayacaq. Vətəndaş olduğu yerdən internet vasitəsi ilə ona kredit düşüb-düşməyəcəyini və nə qədər məbləğdə pul götürə biləciyini əvvəlcədən öyrənə biləcək.

Milli.Az bildirir ki, vətəndaşların kredit tarixçəsi barədə məlumatlar "Elektron hökumət" portalında yerləşdiriləcək.Bununla da kredit almaq istəyən şəxs banka getmədən onlayn şəkildə kredit tarixçəsini əldə edərək ona kredit düşüb -düşməyəcəyini biləcək.

Ekspert Vüqar Bayramlı bunun bankların da işini sadələşdirəcəyini deyir. Ekspertin sözlərinə görə, bəzi hallarda banklar vətəndaşlara kredit verməmək üçün ayrı-ayrı vaxtlarda adına olan kreditin gecikdirməsini bəhanə gətirirdi. Artıq sistemin elektron hökümət portalına inteqrasiyası ilə banklar aztəminatlı, lakin adına kredit düşən vətəndaşlara kredit verməkdən boyun qaçıra bilməyəcək.

Sistemin elektronlaşdırılması ilə kredit proseduru əvvəlkinə nisbətən xeyli sadələşəcək. Bu da öz növbəsində banklardan kredit alan vətəndaşların sayına təsir edəcək.

Yeni qaydalara əsasən, bankların da işi asanlaşmaqla yanaşı, əlavə xərclərdən azad olacaqlar. /xezerxeber.az

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13