"Microsoft"a rədd cavabı verən - ZİRZƏMİDƏ QURULAN ŞİRKƏT
Maraqlı
19 İyul 2017 22:24

"Microsoft"a rədd cavabı verən - ZİRZƏMİDƏ QURULAN ŞİRKƏT


Kanadanın Missisauqa şəhərində yaşayan, informasiya məsləhətçisi kimi işləyən, bacarıqlı iş adamı Karl Rodriqez bir səhər oyanıb və işindən istefa verməyə qərar verib.

Milli.Az xəbər verir ki, onun bu qərarını ətrafındakı insanlar birmənalı qarşılamayıb.

İşini atdıqdan bir müddət sonra Karl insanların onunla əsəb xəstəsi kimi davrandıqlarını deyib: "Hamı ağlımı itirdiyimi düşünürdü. Bir növ hippiyə çevrildiyimi ehtimal edirdilər. "Bu adama nə oldu" deyə bir-birlərinə suallar verirdilər".

Bütün qınaqlara baxmayaraq, Karl başqa insanlar üçün faydalı işlər görməkdənsə, arzuladığı və maraqlandığı işlərlə məşğul olmağa qərar verib.

Onun ən önəmli problemi isə nə etmək istədiyi barədə heç bir fikrinin olmaması olub. Beləliklə, o, evinin zirzəmisindəki boş otaqlardan birinə köçüb və gələcək işi barədə planlar qurmağa başlayıb.

Karl bir ay ərzində sərasər işləyib və mobil telefon istifadəçilərinin cihazlarını fərdi kompüterlərdən nəzarət etməsini təmin edən bir proqram hazırlayıb.

Bu ideya üzərində "Soti" adlı özəl şirkətini quran Karl yavaş-yavaş işlərini genişləndirib və 1 ildən sonra İngiltərənin ən böyük supermarket qruplarının birindən sifariş alıb. Sifarişi verən şirkət Karlın proqramını müştərilərinə satmaq əvəzinə sistemi öz əməliyyatlarına inteqrasiya etməklə, işçilərinin məlumatlarını və digər məlumatları digər işçilərə daha yaxşı göndərə bilmək üçün onunla iş qurmaq istəyib.

Karl bu hadisə haqqında bunları deyib: "Bu firmadan zəng gələndə mən hələ də evimin zirzəmisindəydim. Zirzəmidə tək bir adamın olduğunun fərqində deyildilər. Zəng edən adam şirkətin satış bölməsindən biri ilə danışmaq istədiyini bildirdi. Mən səsimin tonunu dəyişdirərək onunla satış bölməsinin müdiri kimi danışdım".

Karlın kiçik hiyləsi baş tutub və o, həmin şirkətdən 20 min dollarlıq sifariş alıb.

Həmin sifariş sayəsində Karlın şirkəti sürətlə böyüməyə başlayıb. Fərdi şəxslərə deyil, özəl şirkətlərə mobil texnologiyalı proqram sistemləri satdığı üçün bir sıra böyük uğurlara imza atıb və nəhəng şirkətlərlə əməkdaşlıq etməyə başlayıb.

Hazırda Karlın illik gəliri 80 milyon dollara çatır. O, bu uğuru özünün və arvadının gərgin əməyi sayəsində qazandığını deyib.

2006-cı ildə "Microsoft" şirkətindən gələn təklifi rədd edən Karl, "Soti"nin texnologiya sahəsində bir şirkət nə qədər böyüyürsə, onun da o qədər böyüməsini istəyir.

Hazırda "Soti" şirkətinin dəyəri 1 milyard dollardan çoxdur. Dünyada 17 min şirkətlə əməkdaşlıq edən "Soti"nin 22 fərqli ölkədə 700 işçisi var.
Karl Rodriqez zirzəmidə qurduğu işini hazırda yaşadığı şəhərdəki iki fərqli binaya köçürüb. O, hal-hazırda şirkətin tək probleminin kifayət qədər yaxşı kompüter proqramçısı tapa bilməməsi olduğunu deyib. (publika.az)

Milli.Az





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22