Qoca Sinyoradan yeni transfer
İdman
19 İyul 2017 22:34

Qoca Sinyoradan yeni transfer


Dani Alveşin "PSJ"yə transferindən sonra müdafiənin sağ cinahı üçün axtarışa çıxan "Yuventus", nəhayət ki, boşluğu doldurub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Milan"ın arxa xətt oyunçusu Mattia De Şilyo Turin klubuna keçib.

Klublar arasında aparılan danışıqlar müsbət nəticələnib. Artıq Turinə yollanan 25 yaşlı oyunçu bu gün yeni komandasında tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək. "Milan"la anlaşma müddəti gələn ilin yayına qədər olan De Şilyonun transferi "qoca sinyora"ya 12 milyon avroya başa gəlib.
 
Qeyd edək ki, Mattia De Şilyo 2013-cü ildən dəvət aldığı İtaliya millisində 31 oyun keçirib. O, 2011-ci ildən bəri "Milan"ın əsas komandasında çıxış edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08