Repetitor yanına getmədən yüksək bal topladılar - VİDEO
Ölkə
19 İyul 2017 22:44

Repetitor yanına getmədən yüksək bal topladılar - VİDEO


Heç bir müəllim yanına getmədən hazırlaşdılar, istədikləri uğuru əldə etdilər. Bir çoxları hazırlıq kursuna və ya müəllim yanına getdikləri halda, onların özləri çalışıb, əməklərinin bəhrəsini gördülər.

Milli.Az bildirir ki, söhbət Aytən Şirinova və Cəvahir Əmrahovadan gedir. Zərdab rayonunun Lələağacı kənd sakinləri olan Aytən və Cavahir III qrup üzrə intahan verərək biri 662, digəri isə 645 bal toplayıblar.

Aytən və Cavahir 9 illik təhsillərini yaşadıqları kənddə alıblar. Daha sonra təhsillərini İmadəddin Nəsimi adina olan Yarməmmədbağı kəndində orta məktəbdə davam etdiriblər. Hər iki abituryentin sözlərinə görə, uğura çatmaq üçün sadəcə istəmək və çalışmaq kifayət edir.

İki il 2 km-ə yaxın məsafəni qət edərək qonşu kənd məktəbinə gəlsələr də, çəkdikləri çətinlik onların istəklərinə çatmalarına mane ola bilməyib.

Cəvahir Əmrahovanın sözlərinə görə, bu nəticəni qazanmaq üçün sadəcə çalışmaq və müəllimlərin tapşırıqlarını yerinə yetirmək kifayət edir.

Məktəbin direktoru Kamal Soltanov bildirir ki, rəhbərlik etdiyi məktəbin şagirdləri son beş ildə yüksək nəticə göstərir. Məktəbi bitirən XI sinif şagirdlərinin 50-70 % ali məktəblərə qəbul olur.

Qızların hər ikisi hansı ixtisası seçəcəklərini isə hələ tam müəyyənləşdirməyiblər. /xezerxeber.az

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 yanvar

Astroloji proqnoz - 22 yanvar

22 Yanvar 2018 00:08
Astroloji proqnoz - 21 yanvar

Astroloji proqnoz - 21 yanvar

21 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08