"Hər ay jurnalistlər üçün inşa olunan binaya gedib kənardan baxırdıq"
Digər
19 İyul 2017 22:52

"Hər ay jurnalistlər üçün inşa olunan binaya gedib kənardan baxırdıq"


Bu gün, jurnalistlər üçün inşa edilən ikinci yaşayış binasından ev alan media nümayəndələrinin adları açıqlandı. Siyahıda bir sıra tanınmış jurnalistlərin adlarına rast gəlmək mümkündür.

Metbuat.az-ın məlumatına görə, növbə gözləyən, buna rəğmən, ev əldə edə bilməyən "ATV Xəbər"in aparıcısı Ceyhun Səfər "Feysbuk" profilində paylaşdığı status vasitəsilə öz narazılığını bildirib:

"Bu gün qızımın mənə birinci sualı belə oldu: "Ata bizə ev verdilər?" Nə cavab verəcəyimi bilmədim, gözlərim doldu. Çünki hər ay jurnalistlər üçün inşa olunan binaya gedib kənardan baxırdıq. Qızım və oğlum öz otaqlarının necə olacağını təsəvvür edirdi. Məncə, bu cür münasibətə layiq deyildim. Çünki uzun illərdir ki, xəbər aparıcısı kimi çalışıram. Kirayə və qohum qardaş evində qalmaqdan bezmişəm. İndi də yaxınlarımın himayəsinə sığınaraq qalıram. Layiq olmadığımı həm də ona görə deyirəm ki, uzun müddətdir Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında akkreditiasiyadan keçən jurnalistəm, elmi dərəcəm var, dövlət başçısının sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşəm. İşlədiyim müddətdə dövlətçiliyimizlə bağlı çox sayda sənədli filmlər hazırlamışam. Ən əsası da ölkəmizin siyasi, iqtisadi, sosial həyatı ilə bağlı ədalətli bir xəbər aparıcısı və redaktor olmuşam. Məncə, "Azərbaycanda jurnalistikanın inkişafında xidmətlərinə görə" fikrinə mənim sadaladıqlarım cavab verir. Ən azı xidmətim olub ki, "Tərəqqi" medalına layiq görülmüşəm. Məncə, sənədlərimdə hansısa məqam sual doğururdusa, bunu namizəd olaraq müvafiq komissiya fərdi qaydada məndən də soruşa bilərdi. Amma mən belə bir qüsur görmürəm. Məncə, düzgün olmadı. Bu dediklərimi heç kim sıradan olan bir narazılıq kimi qəbul etməsin. Çünki mən heç vaxt haqsız yerə narazılıq etmərəm. Mən iki balamın arzularına nail ola bilmədiyim üçün özümü günahkar sayıram. Əgər məndən asılı olsaydı...

Mən halal adamam. Halallıq verməyi də xoşlayıram. Həmkarlarıma sağlıqla yaşasınlar deyirəm. Xüsusən də Bəxtiyar Fətullayev və İlkin Fikrətoğlu".

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08