Hollandiyada artıq 126-cı gündür ki, hökümət qurulmayıb
Dünya
19 İyul 2017 23:46

Hollandiyada artıq 126-cı gündür ki, hökümət qurulmayıb


Bakı. 19 iyul. REPORT.AZ/ Hollandiyada 15 mart seçkilərindən bu yana 126 gün keçməsinə baxmayaraq hələ də hökuməti formalaşdırmaq mümkün olmayıb.
"Report" xəbər verir ki, hökuməti qurmaqda məsul olan keçmiş baş nazirin müavini Gerrin Zalm mətbuat konfransında koalisyon görüşlərindəki son durum barədə məlumat verib. O dörd partiya arasında aparılan müzakirələrə ümidli olduğunu deyib, lakin bu müzakirələrin müvəffəqiyyətlə nəticələnəcəyi barədə söz verə bilməyəcəyini söyləyib.
Azadlıq və Demokratiya üçün Xalq Partiyası (VVD), Xristiyan Demokratlar Birliyi (CDA), Demokrat 66 (D66) və Xristiyan Birlik Partiyasının bəzi önəmli mövzular üzərində anlaşdıqlarını qeyd edən Zalm hökumətin qurulması üçün hələ uzun yol olduğunu bildirib.
Xatırladaq ki, Hollandiyada 15 mart 2017-ci ildə keçirilən seçkilərdən sonra heç bir partiya tək başına hökumət quracaq çoxluğa sahib ola bilməyib. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08