Van Persi: "O, əsl "Fənərbağça"ya lazım olan adamdır"
İdman
19 İyul 2017 23:54

Van Persi: "O, əsl "Fənərbağça"ya lazım olan adamdır"


"Fənərbağça"nın təcrübəli hücumçusu Robin Van Persi baş məşqçi Aykut Kocaman və yeni mövsüm barədə fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, hollandiyalı ulduz bunları deyib:

"Hazırki durumumuz yaxşı gələcək vəd edir. Aykut Kocamanın həm şəxsiyyəti, həm də başa saldığı taktikalar mənə bu həyəcanı verir. Komandadan gözləntilərini də gözəl şəkildə anladır. O, əsl "Fənərbağça"ya lazım olan adamdır. Həm futbolçu, həm də baş məşqçi kimi klub tarixində önəmli yerə sahibdir. "Fənərbağça"nı irəli aparacaq biridir. Ümid edirəm, uzun müddət burda qalar. Yeni mövsümdə daha yaxşı oynamaq istəyirəm. Amma məsələ tək mənim hədəflərimlə məhdudlaşmır. Bu mövsüm titullar qazanmaq istəyirik".

Van Persi həmyerlisi Uesli Sneyderin "Qalatasaray"dan getməsinə münasibət bildirməkdən isə boyun qaçırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13