Avtomobil şüşələrindəki bu qara nöqtələrin nə üçün olduğunu bilirsiniz?
Maraqlı
19 İyul 2017 23:54

Avtomobil şüşələrindəki bu qara nöqtələrin nə üçün olduğunu bilirsiniz?


Nəqliyyat vasitələrinin pəncərələrindəki qara nöqtələri hər kəs görüb. Bəs pəncərələrdəki bu qara ləkələr nə üçün lazımdır?

Milli.Az müasir nəqliyyat vasitələrinin şüşələrindəki qara nöqtələr haqda yazını təqdim edir:

Məlum olub ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünən bu hissə əslində çox gərəkli funkisiyaları yerinə yetirir.

Bu qara ləkələrin elmi adı frittdir. Onların üzərindəki rəng qatı isə keramikadır. Bu keramik nöqtələr şüşələrin künclərinə yapışdırılıb, istilik kameralarında qızdırılır.

Keramik boyanın başlıca məqsədi, şüşənin yapışdırıldığı mastikləri ultrabənövşəyi şüalardan qorumaqdır. Günəş şüaları kleyin tərkibindəki poliuretana mənfi təsir göstərib, tərkibini dəyişə bilir. Odur ki, şüşələrin kənarlarındakı qeyri-şəffaf qara zolaq bu arzuolunmaz halın qarşısını alır.

Bundan əlavə keramik boyanın daha bərk yapışmaq kimi önəmli özəlliyi var. Bu üsulla mastiklər şüşəyə daha tez yapışır. Bu isə daha təhlükəsiz nəqliyyat hərəkəti deməkdir.

Frittlərin əsas xüsusiyyətlərindən biri də, dekorativ funksiyalarıdır. Bu qara zolağın sayəsində göz mastikdən şəffaf şüşəyə keçid prosesində yorulmur.

Frittlər nəinki avtomobillərin şüşələrində, eləcə də, güzgülərdə istifadə olunur. Bu isə, sürücünün gözünü günəşin şüalarından qorumağa kömək edir.

Fritin daha bir üstünlüyü də odur ki, bahalı şüşəni saxtadan seçməyə kömək edir. Çünki saxta məhsulların üzərindəki nöqtələr səliqəsiz və keyfiyyətsiz olur. (publika.az)

Milli.Az






loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13