"Birbaşa çempion olacağımızı demək istəmirəm"
İdman
20 İyul 2017 0:04

"Birbaşa çempion olacağımızı demək istəmirəm"


"Liverpool"un yarımmüdafiəçisi Jorjinyo Viynaldum Premyer Liqanın yeni mövsümü barədə fikirlərini açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, holland futbolçu "qırmızılar"ın çempionluq mübarizəsi aparmaq iqtidarında olduğunu deyib.

"Birbaşa çempion olacağımızı demək istəmirəm. Fikrimcə, titul qazanmağa layiq komandamız var. "Liverpool" ötən mövsümdəki səhvlərə yol verməyəcək. Keçən il çempionata yaxşı başlamışdıq. Amma yanvar və fevralda bəzi uğursuz nəticələrimiz oldu. Buna görə çempionluq mübarizəsindən geri qaldıq. Qələbə qazanmaq üçün həmişə baxımlı oyun göstərmək lazım deyil. "Chelsea" buna yaxşı nümunədir. Səhvlərimizdən nəticə çıxarmaq lazımdır".

Ötən mövsüm "mersesaydlılar" Premyer Liqada 4-cü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanmışdılar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13