Bakıda güllələnmə hadisəsi baş verib
Ölkə
20 İyul 2017 0:51

Bakıda güllələnmə hadisəsi baş verib


Bakı. 19 iyul. REPORT.AZ/ Bakının Sabunçu rayonunda güllələnmə hadisəsi qeydə alınıb. "Report" xəbər verir ki, Bakıxanov qəsəbəsi Mahir Əmirov küçəsində naməlum şəxslər arasında mübahisə yaranıb. Nəticədə həmin şəxslər 29-30 yaşlarında olan kişiyə pnevmatik tapançadan açıblar. Həmin şəxs baş və bədən nahiyəsindən xəsarətlər alıb. Həmin şəxs 3 saylı kliniki tibbi mərkəzə yerləşdirilib. Vəziyyəti ağırdır.
Baş vermiş hadisə ilə əlaqədar əraziyə Sabunçu rayonu polis idarəsinin 13-cü polis bölməsinin əməkdaşları cəlb olunub. Hadisəni törədən şəxslərin axtarışına başlanılıb. Saxlanılan yoxdur.
Təcili Tibbi Yardım maşını gec gəldiyi üçün yaralını Post Patrul Xidmətinin əməkdaşları xəstəxanaya çatdırıb. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08