Azərbaycanın 3 klubu Avropa Liqasında III təsnifat mərhələsinə vəsiqə uğrunda yarışacaq
İdman
20 İyul 2017 2:16

Azərbaycanın 3 klubu Avropa Liqasında III təsnifat mərhələsinə vəsiqə uğrunda yarışacaq


Bakı. 20 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan klubları Avropa Liqasının II təsnifat mərhələsində cavab oyunlarına çıxacaqlar. "Report"un məlumatına görə, 3 komandadan yalnız 1-i evdə oynayacaq.
"Zirə" Rumıniya "Astra"sını sınağa çəkəcək. İlk görüşdə "Astra" 3:1 hesabı ilə qalib gəldiyindən, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv ya 2 cavabsız qolla, qapısında qol görəcəyi təqdirdə isə ən azı 3 top fərqi ilə qələbə qazanmalıdır. Buna nail olacağı halda, "Zirə" Avroliqanın III təsnifat mərhələsində Ukrayna "Aleksandriya"sı ilə qarşılaşacaq.
Ölkənin ilk görüşdən qalib ayrılan yeganə təmsilçisi Bakı "İnter"i Lüksemburqda "Fola Eş"in qonağı olacaq. Zaur Svanadzenin baş məşqçi olduğu komanda 2 top fərqi ilə uduzmasa, mərhələ adlayacaq. Bu halda, "İnter" Avroliqanın III təsnifat mərhələsində "Qalatasaray" (Türkiyə) - "Ostersun" (İsveç) cütünün qalibi ilə qarşılaşacaq.
Nəhayət, "Qəbələ" Polşada "Yagelloniya" ilə üz-üzə gələcək. İlk oyunda Bakıda 1:1 hesablı heç-heçə qeydə alındığından, "qırmızı-qaralar" səfərdə ən azı minimal hesabla qalib gəlməli və ya daha çox qol vurmaqla heç-heçəyə nail olmalıdırlar. Bu niyyəti gerçəkləşdirəcəyi təqdirdə, Roman Qriqorçukun baş məşqçi olduğu komanda Avroliqanın III təsnifat mərhələsində Yunanıstan "Panatinaikos"unu sınağa çəkəcək.
Avropa Liqası, II təsnifat mərhələsi
Cavab görüşləri
21:00. "Zirə (Azərbaycan) - "Astra" (Curcu, Rumıniya)
Baş hakim: Georgi Vadaçkoriya
Yan xətt hakimləri: Zaza Menteşaşvili, Georgi Elikaşvili
Dördüncü hakim: Qoqa Kikaçeişvili (hamısı Gürcüstan)
UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)
Hakim-inspektor: Sergey Zuyev (Rusiya)
Bakı, "Dalğa Arena"
İlk oyun - 1:3
21:30. "Fola Eş" (Lüksemburq) - "İnter" (Bakı, Azərbaycan)
Baş hakim: Donatas Rumsas
Yan xətt hakimləri: Aleksandr Radius, Vladimir Gerasimov
Dördüncü hakim: Robertas Smitas (hamısı Litva)
UEFA nümayəndəsi: Alvaro Albino (Portuqaliya)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
Eş sür-alzett, "Emil Mayriş" stadionu
İlk oyun - 0:1
23:30. "Yagelloniya" (Polşa) - "Qəbələ" (Azərbaycan)
Baş hakim: Konstantin Sebastian Koltesku
Yan xətt hakimləri: Radu Adrian Stefan Ginqulyak, Vladimir Urzitsa
Dördüncü hakim: George Katalin Qaman (hamısı Rumıniya)
UEFA nümayəndəsi: Jan Pol Mievis (Belçika)
Hakim-inspektor: Qoran Mihalyeviç (Monteneqro)
Belostok, "Miejski" stadionu
İlk oyun - 1:1. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08