Mesajlarına cavab vermədiyi üçün ərindən boşandı
Digər
20 İyul 2017 5:42

Mesajlarına cavab vermədiyi üçün ərindən boşandı


Tayvanın Sinçju şəhərində məhkəmə ərindən boşanmağa qərar verən qadının tələbini yerinə yetirib.

 

Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, məhkəmə iddiasına səbəb qadının messencerdə yazdıqlarına ərinin cavab verməməsi olub. Kişi altı ay müddətində arvadından gələn mesajları oxusa da, ona cavab verməyib. Hətta qadın düşdüyü qəza ilə bağlı müalicəyə başlaması mesajına da dərhal cavab ala bilməyib. Əri tərəfindən yeganə mesaj isə bir neçə həftə sonra gəlib. Kişi qəzadan bir neçə həftə sonra qısa şəkildə itləri və məktubu alması ilə bağlı cavab yazıb.

 

Qadın eyni zamanda kişinin stabil maaşının olmaması və qohumlarının pis münasibəti ilə bağlı şikayətlənib. Amma kişinin onun məktublarına, mesajlarına cavab verməməsi bardağı daşıran son damla olub. Bu da onların boşanmasına gətirib çıxarıb. Ər isə məhkəmə prosesinə qatılmayıb. Eyni zamanda məhkəmə tərəfindən göndərilən çağırışa da cavab verməyib. Məhkəmə onun məhkəməyə gəlməməsinə baxmayaraq, boşanma qərarı çıxarı.

 

2016-cı ildə Birləşmiş Ərəb Əmirliklərində bir kişi öz arvadını ilk dəfə makiyajsız gördüyü üçün məhkəməyə müraciət edib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 24 yanvar

Astroloji proqnoz - 24 yanvar

24 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08