Donor əli olan ilk gənc - FOTOLAR
Sağlamlıq
20 İyul 2017 7:43

Donor əli olan ilk gənc - FOTOLAR


ABŞ-da əl transplantasiyası əməliyyatı keçirən Zion Harvey müalicələrə müsbət cavab verərək donor əllərə sahib olub və bununla donor əli olan ilk gənc kimi tarixə düşüb.

Publika.az xəbər verir ki, 10 yaşlı Zion 2 il öncə ölümcül xəstəlik kimi bilinən qan xəstəliyinə (septisemin) yoluxub.

Xəstəlik səbəbilə həkimlər Zionun əllərini biləklərindən, ayaqlarını isə dizlərindən aşağı kəsmək məcburiyyətində qalıb. Böyrək çatışmazlığından da əziyyət çəkən Zion anasının verdiyi böyrək sayəsində bu xəstəlikdən qurtulub.

Həkimlər Ziona yenidən əl tikmək üçün onun beynini və sinir sistemini müalicə etməyə, transplantasiyaya uyğunlaşdırmağa başlayıb. Zionun beyni donor əlləri öz əlləri kimi qəbul edib. Beləliklə, o, donor əllərə sahib ilk gənc adam kimi tarixə keçib.

Zionun əməliyyatına 10-u cərrah olmaqla, 40 həkim qatılıb. Əməliyyatın ən çətin mərhələsi əlləri canlı saxlamaq üçün işləyən bütün kiçik qan damarlarını tikmək olub. Həkimlər Zionun vücudunun yeni əlləri qəbul etməmə ehtimalının olduğunu desələr də, Zion müalicədən vaz keçməyib. Onlar müalicənin sürətli bir şəkildə müsbət nəticə verdiyini, Zionun beyzbol oynamasının, yazı yaza bilməsinin mühüm bir irəliləyiş olduğunu deyib.

Zion artıq anasının yanağını oxşayarkən onu hiss edə bildiyini deyib.

Zionun sağalmasında müalicədən daha çox onun pozitiv yaşam tərzi, psixologiyası mühüm rol oynayıb.

Zümrüd

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08