“Xiaomi” yaxın 3 ildə bütün ölkələrdə satılacaq
Texnologiya
20 İyul 2017 8:24

“Xiaomi” yaxın 3 ildə bütün ölkələrdə satılacaq


"Xiaomi" şirkətinin böyük vitse-prezidenti Van Syan bildirib ki, onun şirkəti cəmi 3 il müddətində 2 000 mağaza açmağı planlaşdırır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, top-menecer bildirib ki, 1000 pərakəndə mağaza Çində açılacaq. Digər hissəsi isə dünyanın digər ölkələrində işə salınacaq.
 
Van Syan qeyd edib ki, şirkət bazarın qlobal oyunçusu olmağa hazırdır və "Xiaomi" məhsulları rəsmi olaraq demək olar ki, dünyanın bütün ölkələrində təqdim olunacaq.
 
Cari ildə istehsalçı artıq Misir, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Yunanıstan bazarlarında yer alıb. 2018-ci ildə Qərbi Avropa və Filippin bazarlarına çıxmaq nəzərdə tutulur.
 
"Xiaomi" belə bir qərara gəlib ki, digər brendlər, xüsusilə də "Oppo" və "Viva" ilə rəqabət aparmaq üçün inkişaf etmiş pərakəndə satış şəbəkəsinə ehtiyac var. Bunun üçün yeni smartfonlar xətti istehsal ediləcək ki, o da yalnız onların pərakəndə satışı üçün nəzərdə tutulub.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22