Bəşəriyyət üçün əsas təhlükə açıqlandı
Maraqlı
20 İyul 2017 8:44

Bəşəriyyət üçün əsas təhlükə açıqlandı


"SpaceX" və "Tesla" şirkətlərinin təsisçisi İlon Mask Milli Qubernatorlar Assosiasiyasının  görüşündə çıxışı zamanı süni intellektin bəşəriyyətin sivilizasiya kimi qarşılaşdığı əsas təhlükə olduğunu bildirib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkət yaradıcısı mütəxəssislərin daha qabaqcıl texnologiyaların yaradılmasına aludə olaraq süni intellektin törətdiyi təhlükələr barədə unuda biləcəklərindən ehtiyat edir.
 
"Robotlar saxta xəbərlər və pres-relizlər buraxmaqla, elektron poçt kod-parollarını saxtalaşdırmaqla və informasiya ilə manipulyasiya etməklə müharibənin başlanmasına səbəb ola bilərlər. Qələm qılıncdan itidir", - o qeyd edib.
 
İ.Mask vurğulayıb ki, ən qabaqcıl süni intellektdən istifadə etdiyinə görə onun sözlərinə inanmağa çağırıb.
 
Onun fikrincə, bu sahədə şirkətlərin mükəmməl süni intellekt yaratmaq istəyinin qarşısını ala biləcək dövlət tənzimləməsinə ehtiyac duyulur.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08