Azərbaycan XİN: Şərqi Qüds məsələsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmalıdır
Ölkə
20 İyul 2017 10:16

Azərbaycan XİN: Şərqi Qüds məsələsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmalıdır


Bakı. 20 iyul. REPORT.AZ / "Azərbaycan İsraillə Fələstin arasında mübahisənin həlli üçün BMT və İƏT səylərini dəstəkləməkdə davam edəcək".
"Report" xəbər verir ki, bunu Azərbaycan XİN xüsusi tapşırıqlar üzrə elçisi Şahin Abdullayev Bakıda işə başlayan Qüds məsələsi üzrə beynəlxalq konfransda bildirib.
"Yaxın Şərqdə sülhün bərpa olunması üçün Şərqi Qüds məsələsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmalıdır", - Ş.Abdullayev qeyd edib.
O, həmçinin Şərqi Qüdsün statusu və Haram-əl-Şərif (Məbəd dağı) məsələlərinin həllinin vacibliyini qeyd edib.
"İki xalq üçün iki dövlət prinsipi əsasında məsələnin həllinə nail olmaq fələstinlilərin hüquqlarının bərpası üçün yeganə məqbul həll hesab olunur", - BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença bildirib. Onun sözlərinə görə, danışıqlar prosesinin dalana dirənməsi və İsrailin Fələstin ərazilərində yaşayış məntəqələrinin tikintisinin genişləndirilməsi iki tərəf arasında uçurum daha da artırır.
"BMT münaqişənin həlli üçün səylərini davam etdirəcək. Yalnız birgə fəaliyyət göstərərək, biz mövcud münaqişənin həlli üçün irəliyə doğru addım ata bilərik", - M.Yença əlavə edib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Türkiyədə zəlzələ

Türkiyədə zəlzələ

18 Yanvar 2018 02:32
Bakıda banka SİLAHLI BASQIN

Bakıda banka SİLAHLI BASQIN

18 Yanvar 2018 15:43
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08