Formula 1 bolidlərində “Halo” təhlükəsizlik sistemindən istifadə olunacaq
İdman
20 İyul 2017 10:26

Formula 1 bolidlərində “Halo” təhlükəsizlik sistemindən istifadə olunacaq


Bakı. 20 iyul. REPORT.AZ/ 2018-ci ildən Formula 1 bolidlərində “Halo” təhlükəsizlik sistemindən istifadə olunacaq.
“Report”un məlumatına görə, bununla bağlı Beynəlxalq Avtomobil Federasiyasının (FİA) İsveçrənin Ceneverə şəhərində keçirilən Starteji Qrupunun iclasında qərar qəbul olunub. Məqsəd qəzalar zamanı pilotların başını ciddi xəsarətlərdən qorumaqdır.
Formula 1 üzrə dünya çempionatında iştirak edən 10 komandadan 9-u “Halo” sisteminə qarşı səs versələr də, FİA rəhbərliyi təhlükəsizlik tədbirlərini əsas tutaraq, onların fikirlərinə məhəl qoymayıb.
“Halo” ilə bağlı yekun qərar FİA-nın Ümumdünya Şurasında çıxarılacaq.
Qeyd edək ki, 2018-ci ildə Formula 1 üzrə Azərbaycan Qran Prisi 27 – 29 apreldə keçiriləcək.


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13