SKMF yeni iş yeri yaradılmayacaq layihəni maliyyələşdirib
İqtisadiyyat
20 İyul 2017 11:26

SKMF yeni iş yeri yaradılmayacaq layihəni maliyyələşdirib


Bakı. 20 iyul. REPORT.AZ/ Bu ilin I yarısında İqtisadiyyat nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 690 layihənin maliyyələşdirilməsinə ümumilikdə 63,3 mln. manat güzəştli kredit ayırıb. 
"Report" Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu layihələr 2 328 yeni iş yerinin yaradılmasını nəzərdə tutur. 
Ayrılmış vəsaitin təxminən 60%-i kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı olan və yaradılacaq yeni iş yerlərinin təxminən 71%-ni (1 657 nəfərlik) nəzərdə tutan 664 layihəyə yönəldilib. Fond müxtəlif sənaye məhsullarının istehsalı və emalı ilə bağlı 21 layihəyə isə 21,7 mln. manat vəsait ayırıb. Bu, ümumi maliyyələşmənin 34,4%-i olmaqla 483 yeni iş yerinin açılmasına hesablanıb. 
Bundan başqa, SKMF kənd təsərrüfatl məhsullarının emalı ilə bağlı 2 layihəyə (60 yeni iş yeri deməkdir) 0,6 mln. manata yaxın, turizmin inkişafı ilə bağlı 2 layihəyə (128 yeni iş yeri deməkdir) təxminən 2,5 mln. manat məbləğində maliyyə dəstəyi verib. Fondun xidmət (infrastuktur) layihələrinin inkişafı ilə bağlı 1 layihəyə isə 0,6 mln. manat borc verib. Amma bu layihənin icrası nəticəsində yeni iş yeri yaradılmayacaq. 
SKMF-in ayırdığı kreditlərin 83,6%-i və yaxud 52,9 mln. manatı böyük həcmli kreditlərin, 5,4%-i və yaxud 3,4 mln. manatı orta həcmli kreditlərin, 11%-i və yaxud  isə 6,9 mln. manatı isə kiçik həcmli kreditlərin payına düşüb. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

İrəvanda partlayış oldu

İrəvanda partlayış oldu

20 Yanvar 2018 01:12
20 Yanvardan 20 FOTO

20 Yanvardan 20 FOTO

20 Yanvar 2018 16:28
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08