Mircəlal Kazımi: "İndiyə qədər Azərbaycanda 107 xəstəyə qaraciyər, 356 xəstəyə isə böyrək köçürülüb"
Ölkə
20 İyul 2017 11:26

Mircəlal Kazımi: "İndiyə qədər Azərbaycanda 107 xəstəyə qaraciyər, 356 xəstəyə isə böyrək köçürülüb"


Bakı. 20 iyul. REPORT.AZ/ "İndiyə qədər Azərbaycanda 107 xəstəyə qaraciyər, 356 xəstəyə isə böyrək köçürülüb".
"Report" xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, xəstələrin xaricə üz tutması əsas problemlərdən biri olub: "Əvvəllər bizim xəstələrin 40 faizi xaricə gedib qayıdanlar idisə, bu gün xəstələrin 95 faizi artıq xaricə getmir. Yerdə qalan insanların hansısa ölkəyə gedib müalicə almaq seçimi sərbəstdir".
Şöbə müdiri qeyd edib ki, digər problem meyitlərdən orqan köçürülməsi işinin təşkil edilməsidir: "Bu, hazırda bizim ölkəmizdə mümkün deyil. Azərbaycanda ancaq qohum donorların orqanlarından istifadə olunur. Hazırda bununla bağlı qanunvericiliyə dəyişikliklər edilməsi məsələsi müzakirə olunur".
M. Kazımi onu da bildirib ki, orqan köçürülən 9 qadın xəstə dünyaya övlad gətirib. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 fevral

Astroloji proqnoz - 20 fevral

20 Fevral 2018 00:03
Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Neft bahalaşdı

Neft bahalaşdı

15 Fevral 2018 09:18
Astroloji proqnoz - 17 fevral

Astroloji proqnoz - 17 fevral

17 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08