Səudiyyə Ərəbistanından gözlənilməz QƏRAR: qısa ətəkli qadın azadlıqda
Digər
20 İyul 2017 11:27

Səudiyyə Ərəbistanından gözlənilməz QƏRAR: qısa ətəkli qadın azadlıqda


Səudiyyə polisi qısa ətək və kofta geyinərək ictimai yerdə gəzən və bu görüntüləri internetdə yerləşdirmiş gənc qadını sərbəst buraxıb.

Lent.az-ın bbc.com-a istinadən məlumatına görə, "Khulood" adlı model, Ushayqir ərazisində tarixi qalada gəzintidə olarkən çəkilmiş video görüntülərini paylaşaraq bütün dünyanın diqqətini cəlb etmişdi.

O, mühafizəkar müsəlman ölkəsinin ciddi geyim kodeksini pozduğuna görə polisə çağrılmışdı. Qızğın mübahisələrə səbəb olmuş video yayımlandıqdan sonra bəziləri onun həbsini istəyirdi. Çərşənbə axşamı polis izahat aldıqdan sonra onu sərbəst buraxıb.

Səudiyyə Ərəbistanında qadınlar ictimai yerlərdə "əbayə" adlanan geniş və uzun xalat tipli paltarlar geyinməlidirlər və başlarını şərflə örtməlidirlər.

Onlara həmçinin maşın sürmək qadağandır. Bu ölkədə qadınlar qohumları olmayan kişilərlə əlaqə yarada bilməz.

Həftəsonu Snapchat mobil sosial şəbəkəsində paylaşılan videoda "Khulood" Najd əyalətində, paytaxt ər-Riyaddan 155 km şimalda yerləşən Ushayqir kəndində boş küçədə gəzərkən görüntülənib.

Najd Səudiyyə Ərəbistanında ən mühafizəkar regionlardan biridir. Məhz burada, 18-ci əsrdə Səudiyyə kral ailəsinin və dini quruluş tərəfindən tətbiq edilən Sünni İslamın sərt forması olan Vəhhabiliyin banisi anadan olub.

 

Onu da qeyd edək ki, sözü gedən görüntülər sosial mediada qızğın müzakirələrə səbəb olub. Digər Səudiyyə sakinləri qadını müdafiə edərək onun "cəsurluğunu" yüksək qiymətləndirib.

 

 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13