Sosial xidmət sistemi ilə əhatə olunanlarla bağlı
İqtisadiyyat
20 İyul 2017 11:32

Sosial xidmət sistemi ilə əhatə olunanlarla bağlı


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 14,3 min nəfər şəxs sosial xidmət sistemi ilə əhatə olunur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən məlumata görə, ƏƏSMN tərəfindən hazırda 14,3 min nəfər şəxs səyyar və stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.

Onlardan 1 089 nəfəri ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrində daimi dövlət təminatında yaşayanlardır. Azərbaycan Prezidenti İlham Əliyevin əhalinin sosial müdafiəsinə xüsusi diqqət və qayğısı sosial xidmət müəssisələrində yaşayanların da hərtərəfli təminatının güclənməsinə, bu müəssisələrdə müasir tələblərə uyğun şəraitin yaradılmasına imkan verib. Eyni zamanda, Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb.

Sosial xidmətlərlə təmin olunanlardan 11 209 nəfər tənha ahıl və əlilliyi olan şəxsə isə Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının sosial işçiləri tərəfindən səyyar formada olmaqla evlərində sosial-məişət xidməti göstərilir. Sosial işçilər həftədə ən azı iki dəfə tənha ahıl və əlil şəxslərin evlərində olaraq onlara təmizlik işlərinin aparılmasında, yemək hazırlanmasında, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə xidmət göstərirlər.

Qeyd olunanlarla yanaşı, ƏƏSMN-in sosial sifarişləri əsasında icra olunan layihələr çərçivəsində sağlamlıq imkanları məhdud və ya sosial təhlükəli vəziyyətdə olan uşaqlardan ibarət 2 min nəfərdən çox uşaq reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunur. Nazirlik tərəfindən müəyyən edilmiş prioritet istiqamətlərdə həyata keçirilən bu layihələr əsasında uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə müvafiq işlər aparılır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08