"Bu səhvləri düzəltməyə çalışmalıyıq" - VİDEO
İdman
20 İyul 2017 11:34

"Bu səhvləri düzəltməyə çalışmalıyıq" - VİDEO


"Hazırlığın ilkin mərhələsini Sumqayıtda keçdik. Təxminən 20 günə yaxın fiziki hazırlıq üzərində çalışdıq".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "Sumqayıt"ın hücumçusu Amil Yunanov klubun saytına açıqlamasında deyib.

Türkiyədəki təlim-məşq toplanışını dəyərləndirən gənc forvard yeni mövsümə qədər hazır olacaqlarını düşünür: "Artıq 5 gündü Boludayıq və burda bir yoxlama görüşü keçirdik. Rəqibimiz Türkiyə Superliqasında iştirak edən səviyyəli "Osmanlıspor" idi. Deyərdim ki, ilk oyuna görə pis deyildi. Düzdü, səhvlərimiz də oldu. Qarşıda daha 3 yoxlama matçımız olacaq. Həmin qarşılaşmalarda səhvlərimizin üzərində işləyib çempionata tam hazır olmaq istəyirik".

"Sumqayıt"ın müdafiəçisi Bəxtiyar Həsənalızadə isə taktiki səhvlər üzərində çalışdıqlarını vurğulayıb:

"Sumqayıtdakı fiziki çalışmalardan sonra Boluda əsasən taktiki hazırlığa üstünlük veririk. 5-6 yeni oyunçumuz var. Onların kollektivə uyğunlaşma prosesi davam edir. "Osmanlıspor"la ağır oyunumuz oldu. Rəqib təcrübəli komanda idi. Ancaq bizim üçün yaxşı sınaq oldu. Həmin görüşdə buraxdığımız taktiki səhvləri düzəltməyə çalışmalıyıq. İnşallah, çempionatın startına qədər yeni gələnlər də komandaya uyğunlaşar və "Sumqayıt"a daha çox xeyir verərlər".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Amil Yunanov və Bəxtiyar Həsənalızadə təlim-məşq toplanışını dəyərləndirib

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 24 yanvar

Astroloji proqnoz - 24 yanvar

24 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08