Türkiyədən SƏRT REAKSİYA: “Almaniya həddini aşır”
Dünya
20 İyul 2017 12:03

Türkiyədən SƏRT REAKSİYA: “Almaniya həddini aşır”


Türkiyə ilə Almaniya arasında “Böyükada” böhranı getdikcə dərinləşir.

Almaniyanın Böyükada toplantısında çıxış edən alman vətəndaşı, insan hüquqları müdafiəçisi Peter Steudtnerin həbs edilməsinə etiraz etməsi və bununla bağlı olaraq Türkiyə səfirinin Xarici İşlər Nazirliyinə çağırılması Türkiyə rəhbərliyini hiddətləndirib.

Publika.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin spikeri və federal hökumətin açıqlamalarında diplomatik nəzakətsizlik sərgilənib və spiker Türkiyəyə qarşı həddini aşan ifadələr işlədib.

Qeyd edək ki, Türkiyənin Böyükada ərazisində toplantı təşkil edən 10 aktivistdən 6-ı həbs edilib.

Almaniya kansleri Angela Merkel aktivistlərin həbs edilməsi qərarını qınadıqlarını və bu qərarın tamamilə haqsız olduğunu söyləyib.

Zümrüd

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08