Kənddə yoxa çıxan 3 yaşlı uşaq 7 gün sonra tapıldı: TÜKÜRPƏDƏN HƏQİQƏTLƏR ÜZƏ ÇIXDI  - FOTO
Dünya
20 İyul 2017 12:13

Kənddə yoxa çıxan 3 yaşlı uşaq 7 gün sonra tapıldı: TÜKÜRPƏDƏN HƏQİQƏTLƏR ÜZƏ ÇIXDI - FOTO


Düz bir həftə əvvəl minlərlə polis, xilasedici, könüllü və çağırışçı Lipetsk vilayətində itkin düşmüş 3 yaşlı oğlanın axtarışlarına cəlb olundu. Axtarışlar acı da olsa nəticəsini verdi.

Publika.az xəbər verir ki, uşaq iyulun 13-də günortadan sonra Mixaylovka kəndi yaxınlığında, atasının ot çalımında çalışdığı ərazidə yoxa çıxıb.

6 yaşlı böyük qızı yaxınlıqda oynayırdı, ot biçmək üçün aralanan ata, oğlunu yük motorollerinə qoyur. Qız giləmeyvə yığmağa gedir, qardaşı isə gizlənpaç oynamaq istəyirdi. Ata qayıdanda 3 yaşlı oğlan artıq orada yox idi. Bir neçə saat kişi özü uşağı tapmağa çalışır, amma axtarışlar fayda vermir. Bundan sonra, artıq axşam, ata polisə xəbər verir. Öncə onlarla polis əməkdaşı, aidiyyəti qurumların təmsilçiləri, o cümlədən könüllülər və sadəcə, laqeyd olmayan insanlar dərhal uşağın axtarışına başlayırlar.

В поиске участвовали около тысячи людей Фото: общественный поисковый отряд

O vaxtdan düz 7 gün ərzində axtarışlar bir an belə dayandırılmadı. Gündüz vaxtı vertolyotların köməyilə, hətta deltaplanlardan istifadə edərək axtarırdılar. Piyada iştirakçılar hər bir santimetr ərazini təftiş edirdilər. Gecə isə gecəgörmə cihazlarının köməyi və itlərlə axtarışlara davam etdirilirdi. Balaca uşaq demək olar ki, ayaqyalın idi - ayağında rezin ləpik, əynində isə yüngül gödəkcə var idi. Ən dəhşətlisi budur ki, bu bölgədə 1 həftə ərzində tufan tüğyan edir, gecə temperatur +7 dərəcəyə qədər enirdi. Buna baxmayaraq, hər kəs inanırdı ki, o sağdır.

6 gün heç bir nəticə əldə olunmadı

Təxminən 6 günlük axtarışlar heç bir nəticə vermədi. Adətən olduğu kimi, müxtəlif versiyalar səslənirdi, hətta oğurlanması məsələsi də gündəmdə idi. Yalnız srağagün - iyulun 18-də ümidverici xəbərlər gəlməyə başladı ki, axtarış dəstəsi iştirakçıları bir balaca göy ləpiyə rast gəlirlər. Valideynlər bu yarımayaqqabının oğlana məxsus olduğunu dərhal təsdiq etdilər. Dünən səhər isə polislər bildirdilər ki, Voronej Vilayətinin Qolosnovka kəndinə yaxın ərazidə uşağın gödəkçəsi tapılıb. Günortadan sonra daha bir yeni məlumat əldə olundu - ayaqyalın uşağın ayaq izləri yaxşı görünürdü... Həmçinin 2 yer tapıldı ki, uşaq orada dincəlmək üçün daldalanıb.

Обувь малыша нашли вечером на границе с Воронежской областью Фото: общественный поисковый отряд

Bu o demək idi ki, axtarış düzgün istiqamətdə gedir və son anadək polis və minlərlə insan xoşbəxt finala ümid edirdi. Lakin möcüzə baş vermədi. Dünən, 19 iyul axşam 18:00 radələrində uşaq ölü olaraq tapıldı. Ekspertlər ölümün vaxtını və dəqiq səbəbini müəyyən etməyə çalışırlar. Yerində təxmini müəyyən edə bildilər ki, uşaq 1 gün öncə dünyasını dəyişib.

Uşaq təxminən 3 kilometr yol qət edib

Fakta görə, yalnız 2 il, 10 ayı tamam olan balaca uşaq meşədə təxminən 3 kilometr sərasər dolanıb və heç bir yemək, su olmadan təxminən 5-6 gün duruş gətirə bilib. Bu kiçik günahsız bədəndə çoxsaylı sürtüşmə-xəsarət izləri, güclü həşərat sancması yerləri açıq görünürdü.

Axtarışda iştirak etmək üçün könüllülər hər tərəfdən axışırdı, hətta Moskvadan belə gedənlərlə birlikdə axtarış iştirakçılarının sayı 1000 nəfəri keçirdi. Hazırda hadisə yerində Lipetsk Vilayətinin müstəntiqləri və polis işləyir.

Zaur H.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13