“Arsenal” klubunun bir neçə futbolçusu qidadan zəhərlənib
İdman
20 İyul 2017 12:51

“Arsenal” klubunun bir neçə futbolçusu qidadan zəhərlənib


Bakı. 20 iyul. REPORT.AZ/ Çində təlim-məşq toplanışında olan İngiltərənin “Arsenal” klubunun bir neçə futbolçusu qidadan zəhərlənib. “Report”un “Sky Sports”a istinadən verdiyi məlumata görə, hadisə iyulun 19-da Beynəlxalq Çempionlar Kubokunda Almaniya təmsilçisi “Bavariya” ilə oyundan əvvəl baş verib.
Nəticədə zərərçəkənlərdən Olivye Jiru və Per Mertezaker meydana çıxa bilməyiblər. Teo Uolkottla Aron Remzi fasilədən sonra oyuna qoşulduqları halda, Sead Kolaşinats ilk hissədə əvəzlənib.
Qeyd edək ki, “Arsenal” – “Bavariya” matçında bərabərlik qeyd alınıb - 1:1. Qalibi müəyyən etmək üçün penalti seriyasına ehtiyac duyulub və İngiltərə təmsilçisi rəqibini üstələyib – 3:2. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 avqust

Astroloji proqnoz - 15 avqust

15 Avqust 2017 00:13
Adriana Limadan şok etiraf

Adriana Limadan şok etiraf

10 Avqust 2017 15:02
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13