Azərbaycan İpoteka Fondu kənar auditor seçir
İqtisadiyyat
20 İyul 2017 13:11

Azərbaycan İpoteka Fondu kənar auditor seçir


Bakı. 20 iyul. REPORT.AZ/ “Azərbaycan İpoteka Fondu” ASC (AİF) 2017-ci il üzrə maliyyə hesabatlarının auditinin keçirilməsi üçün kənar auditin seçilməsi ilə bağlı açıq tender elan edib.
“Report” Fonda istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.
İddiaçılar ilkin sənədləri avqustun 21-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə avqustun 30-na qədər AİF-in Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 40 ünvanında yerləşən ofisinə təqdim etməlidirlər. Telefon: (012) 441 24 23 (daxili 130).
Təkliflərə avqustun 31-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Qiymətləndirmə zamanı yerli iddiaçıların xeyrinə qiymətdə 20% güzəştli düzəliş tətbiq olunacaq.
Audit xidmətləri bu il noyabrın 27-dən başlanılmalı, audit yoxlamasına dair yekun hesabat və rəy isə 15 fevral 2018-ci il tarixinə qədərə Cəmiyyətə təqdim edilməlidir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13