Azərbaycanlı boksçu ermənini məğlub edib Rusiya kubokuna sahib çıxdı - FOTO
İdman
20 İyul 2017 13:14

Azərbaycanlı boksçu ermənini məğlub edib Rusiya kubokuna sahib çıxdı - FOTO


Əslən azərbaycanlı, hazırda Rusiyanın Yekaterinburq şəhərində yaşayan tay boksu üzrə dünya çempionu Tahir Xəlilov növbəti uğura imza atıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, tay boksu üzrə İjevsk şəhərində keçirilən Rusiya Kubokunun finalında  erməni Arutun Ohanesyanı məğlub edən Tahir ölkə kubokuna sahib çıxıb.

Uzun müddətdir ki, bu idman növüylə məşğul olan həmyerlimiz yaşının az olmasına baxmayaraq Rusiyanın tanınmış boksçularından sayılır. Maraqlısı odur ki, Tahir Xəlilov indiyədək keçirdiyi heç bir döyüşdə məğlub olmayıb.  
 
Son döyüşünü isə atası Tağı Xəlilovun yubileyinə  həsr edən Tahirin əsas uğurlarından biri də keçən ilin dekabrında  tay boksunun vətəni Tailanda WMC I-1 Global  kateqoriyası üzrə dünya çempionu olmasıdır.
 
Yekaterinburqdakı Azərbaycan diasporunun sədri, Şahin Şıxlinskinin  Lent.az-a bildirdiyinə görə,  Tahir nəinki bu şəhərdə yaşayan azərbaycanlıların, bütün vilayətin, Rusiya Federasiyasının fəxridir.
 
"Onun adı artıq Avropadan, dünyadan gəlir. Cavan olmasına baxmayaraq artıq dünyanın əsas tay boksçuları onunla hesablaşmaq məcburiyyətindədir. Dünya çempionu olanda sevincimizin həddi-hüdudu yox idi.  Ən böyük arzum budur ki, Tahir olimpiya çempionu olsun.  O, buna haqq edir. Biz də, şəxsən mənim özüm də diaspora sədri olaraq ona mənəvi və maddi dəstək verməyə hazıram. Tahirin atası Tağı Cavanşir oğlu neçə müddətdir ki, Yekaterinburqda yaşayır. Buradakı azərbaycanlıların ağsaqqalı hesab olunur. Xeyriyyəçi kimi tanınır. Amma Tahir təkcə onun yox, hamımızın oğludur, Azərbaycanın oğludur. Biz onunla fəxr edirik", - deyə Şıxlinski bildirib.

Milli.Az







loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13