Almaniyadan kritik Türkiyə AÇIQLAMASI
Dünya
20 İyul 2017 13:44

Almaniyadan kritik Türkiyə AÇIQLAMASI


Almaniya xarici işlər naziri Siqmar Qabriel bu gün təşkil etdiyi mətbuat konfransında Büyükadada nəzarətə alınan 6 almaniyalı fəalın həbs olunması qərarı haqda danışıb. Qabriel həbslərin "əvvəlcədən planlaşdırılmış" olduğunu iddia edib.

Milli.Az CNN-ə istinadən xəbər verir ki, Qabriel həbs olunan Almaniya vətəndaşlarının Türkiyədə heç kimlə əlaqəsinin olmadığı söyləyib. O, Türkiyəni dialoqa çağırıb.

Almaniya xarici işlər naziri ölkəsində yaşayan Türkiyə vətəndaşlarının cəmiyyətin əhəmiyyətli bir parçası olduğunu qeyd edib. O, həbslərin Türkiyədəki "müxalif səsləri' susdurmaq cəhdi olduğunu, AB ölkələri ilə Türkiyənin hazırki vəziyyətini önümüzdəki həftə müzakirə edəcəklərini qeyd edib.

Qeyd edək ki, Almaniya Baş naziri Angela Merkel ötən gün verdiyi açıqlamada İstanbulun Büyükada rayonunda saxlanılan 6 fəalın həbs olunması qərarını qınadıqlarını, qərarın tamamilə haqsız olduğunu söyləmişdi.

Təhməz Təkin

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08